İngilis və Azərbaycan dillərində mətbəx avadanlığı leksik-semantik qrupunun kontrastiv - xarakteroloji təhlili göstərir ki, bu taksonomda aşağıdakı spesifik xüsusiyyətlər əks olunur: mətbəx avadanlığının funksio- nallığı, onların günün tələblərinə uyğun gəlməsi, onların
41
daim inkişafda olması və bir çox leksik vahidlərin artıq beynəlmiləl xarakter daşıması. Azərbaycan dilində mətbəx avadanlığı leksik - semantik qrupunun inkişafında aşağıdakı üsullar əks olunur:
Azərbaycan dilinin daxili imkanları hesabına, yəni xalis Azərbaycan sözləri vasitəsilə əmələ gələn sözlər, məsələn: soyuducu, şirəçəkən, soba.
mixer - mikser, blender - blender. kalka üsulu ilə Azərbaycan dilinə keçən sözlər, məsələn:
coffee-grinder — qəhvəüyüdən;
dishwashing machine - qabyuyan maşın. təsviri rutinizmlər:
immersion — haler —su qaynadan cihaz;
inhaler - hava təmizləyicisi (aparat).
42
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ
YEMƏK ADLARININ KONTRASTİV TƏHLİLİ
Məlumdur ki, ksenonimlər və yaxud yemək adları məişət leksikasının mühüm hissəsini təşkil edir. Ümumiyyətlə qida həm Azərbaycan, həm də ingilis xalqlarının maddi mədəniyyətlərinin ən başlıca elementlərindən olub bu xalqların tarixini, adət-ənənəsini dərk etməkdə zəngin mənbədir. Qida məhsulları əhalinin həyatında aparıcı rol oynayır, hətta məişətində əsaslı dəyişikliklər baş verdikdə belə aradan çıxmır. Ənənəvi qida məhsulları sırasına tədricən yeniləri əlavə olunur, onların növləri zənginləşir. Bütün qida məhsulları müxtəlif leksik vahidlərlə, söz birləşmələri ilə ifadə olunur. Belə sözlərin əmələ gəlməsi dilxarici amillərlə, yəni insanların müəyyən tələbatları, ehtiyacları ilə bağlıdır.
İnsanlar tarixi inkişafın müəyyən mərhələlərində lazım olan qida məhsullarını əldə etmiş, onlardan müxtəlif xörəklər hazırlamış, bu yeməklərin dadma, tərkibinə əsasən onları adlandırmışlar. Beləliklə, yeməklər fərqləndirilməyə başlanılmışdır. Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də ingilis dillərində yemək adları və yaxud ksenonimlərin yaranmasında motivləşmə müstəsna rol oynayır (hərəkət adlarının mötivləşməsi, əlamət
43
adlarının motivləşməsi, kənd təsərrüfatı məhsulları və heyvan, quş adlarının motivləşməsi və s. Məsələn:
Chicken for a king - içi doldurulmuş toyuq (hərfi tərcümə: kral üçün cücə).
Azərbaycan dilində: qızartma, bozartma, qovurma, dolma, bulama, süzmə, qovurma, qurut, buğlama, qovut, çığırtma və s.
Qeyd etmək lazımdır ki, müasir mərhələdə Azərbaycan dilindəki ksenonimlərin tədqiqi olduqca önəmlidir, çünki bu tədqiqatlar təhlil olunan taksonomik qrupun dəqiq identifikasiyasına kömək edə bilər. Bu sahədə olan boşluq ona gətirib çıxarmışdır ki, Azərbaycan mətbəxinə aid olan dolma artıq ingilis dilinin lüğətlərində erməni xörəyi kimi adlandırılır (26,s.l3).
Həm Azərbaycan, həm də ingilis dillərindəki ksenonimlər bu xalqların məişətini, milli xüsusiyyətlərini, zövqlərini əyani surətdə əks etdirir. İngilis dilində bu taksonomik qrupa aid ayrıca tədqiqat əsəri yoxdur.
Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan mətbəxi ingilis mətbəxinə nisbətən daha zəngin və çox- çeşidlidir. Azərbaycan dilçiliyində xörək adlarına aid Svetlana Məmmədovanın “Azərbaycan dilində xörək adları” adlı namizədlik dissertasiyası mövcuddur. Bu tədqiqat əsərində müəllif xörək adların semasioloji və onomasioloji istiqamətlərdə və etnolinqvistik səpkidə araşdırır (14,s.3).
44
Bu əsərdə Azərbaycan dilində xörək adları linqvistik cəhətdən ilk dəfə hərtərəfli öyrənilmiş, onların əmələ gəlmə yolları, mənşəyi, arxaik formaları, türk dil- lərindəki fono-morfoloji variantları, söz yaradıcılığı prosesində iştirakı, struktur-semantik xüsusiyyətləri, motiv- ləşmə tipləri, yayılma arealları və s. araşdırılmış, müvafiq elmi nəticələr əldə edilmişdir.
Azərbaycan dilçiliyində yemək və xörək adları indiyə qədər bir neçə istiqamətdə öyrənilmişdir. Bu istiqamətləri aşağıdakı kimi qruplaşdırmaq olar (bax: 14,s.6-7):