sait - duzqabı (sait - duz sözündən); əşya və material arasında əlaqə nəticəsində yaranan köçürülmə. Bu qəbildən yaranan metonimik adlar ingilis dilində qab- qacaq rutinizmləri arasında çoxdur, məsələn: silver- gümüş qab-qacaq, gümuş çəngəl-bıçaqlar; china -çini qab- qacaq; calabash - uzun balqabaq formasında olan su
35
üçün qablar calabash - balqabaq sözündən əmələ gəlmişdir;
horn- heyvan buynuzuna bənzədilən qablar, hom - buynuz deməkdir.
İngilisdilli linqvomədəniyyəti səciyyələndirmək məqsədilə biz bu tədqiqatda tərkibində qab-qacaq leksik qrupuna aid olan frazeoloji birləşmələri təhlil edəcəyik.
Qab-qacaq rutinizmləri ingilis dilində həm öz no- minativ mənasında, həm də məcazi mənalarda işlənərək antropocentrik xarakter daşıyır, insanın fiziki və yaxud mənəvi keyfiyyətlərini və həmçinin cəmiyyətin sosial və mənəvi dəyərlərini əks etdirir. Bu rolda çıxış edərək qab- qacaq rutinizmləri öz nominativ funksiyasından heç də az kommunikativ funksiya daşımırlar, onların kommunikativ əhəmiyyəti bu hallarda daha da artır. Məhz buna görə bu leksik vahidlərin tədqiqinə maraq getdikcə artmaqdadır.
Frazeoloji birləşmələrin tərkibində işlənən qab- qacaq rutinizmləri tədqiq olunan leksikanın semantik imkanlarının genişlənməsini təmin edir.
Frazeoloji birləşmənin əsasında yaranan assosiasiyalar milli xarakter daşıyır və ona görə də spesifikliyi ilə səciyyələnir. Frazeoloji birləşmələrdə əks olunan ənənə və stereotiplər ingilisdilli etnosun dünyasının dil mənzərəsini formalaşdırır.
Qab-qacaq adlarının mənasının köçürülməsi metaforik xarakter daşıyır, məsələn: