Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə18/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   14   15   16   17   18   19   20   21   ...   52
2017-1862

electric stove - elektrik soba; toaster - toster; blender - blender;

electric hair dryer - elektrik saçqurudan (fen); electric squeezer - elektrik şirəçəkən; mixer - mikser;

microwave stove - mikrodalğalı soba; plastic plates - plasmas boşqablar; coffee grinder - kofeəzən; thermos bottle - termos.

Beləliklə, hər iki dilin qab-qacaq leksik semantik qrupu tarixi inkişaf boyu həm kəmiyyət, həm keyfiyyət dəyişikliklərinə uğramış və nəticədə mürəkkəb sistem kimi formalaşmışdır.

Bununla bərabər, qeyd etmək lazımdır ki, ingilis dilində qab-qacaq leksik-semantik qrupunda bir sıra spe­sifik semantik hadisələr (xüsusiyyətlər) müşahidə edilir ki, onları daha ətraflı nəzərdən keçirmək lazım gəlir.

Semantik transpozisiya nəticəsində əmələ gəlmiş qab-qacaq adları aşağıdakılardır:

a) mənanın genişlənməsi: pots and pans - qab-


34



qacaq mənasında, mətbəx ləvazimatı, halbuki qab-qacaq yalnız küpə və qazanlardan ibarət deyil;

b) mənanın daralması nəticəsində əmələ gəlmiş qab-qacaq adları: məsələn: plate - metaldan hazırlanmış boşqab, halbuki plate sözü bütün növ boşqablara aiddir;

ç) məcazlaşma nəticəsində əmələ gəlmiş qab-qacaq adları;

  • metaforlaşma, yəni zahiri oxşarlıq və yaxud for­maya görə bənzətmə nəticəsində yaranmış qab - qacaq adları, məsələn: boat - qayıq formasında qab(boat -qayıq deməkdir); tappet - hen qabarmış qapaqlı qalaydan düzəldilmiş krujka, parç, tappet - hen - pipikli toyuq sözündən əmələ gəlmişdir; hogshead - böyük həcmli çəllək - hog’s head - donuz başı söz birləşməsindən əmələ gəlmişdir.

  • metonimiya, yəni bir əşyanın adının zahiri əlamət və yaxud daxili əlaqə nəticəsində digər əşyanın adma köçürülməsi nəticəsində yaranmış qab-qacaq adları. Metonimiya nəticəsində bir əşyanın adı digər əşyanın adını əvəz edir, məsələn, əşyanın içində olan maye əşyanın adını təşkil edir: highball - soda ilə buzlu viski; little sweet - şirniyyat üçün kiçik boşqab - sweet - şirni; konfet deməkdir;


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin