Beləliklə, hər iki dilin qab-qacaq leksik semantik qrupu tarixi inkişaf boyu həm kəmiyyət, həm keyfiyyət dəyişikliklərinə uğramış və nəticədə mürəkkəb sistem kimi formalaşmışdır.
Bununla bərabər, qeyd etmək lazımdır ki, ingilis dilində qab-qacaq leksik-semantik qrupunda bir sıra spesifik semantik hadisələr (xüsusiyyətlər) müşahidə edilir ki, onları daha ətraflı nəzərdən keçirmək lazım gəlir.
Semantik transpozisiya nəticəsində əmələ gəlmiş qab-qacaq adları aşağıdakılardır:
a) mənanın genişlənməsi: pots and pans - qab-
34
qacaq mənasında, mətbəx ləvazimatı, halbuki qab-qacaq yalnız küpə və qazanlardan ibarət deyil;
b) mənanın daralması nəticəsində əmələ gəlmiş qab-qacaq adları: məsələn: plate- metaldan hazırlanmış boşqab, halbuki plate sözü bütün növ boşqablara aiddir;
ç) məcazlaşma nəticəsində əmələ gəlmiş qab-qacaq adları;
metaforlaşma, yəni zahiri oxşarlıq və yaxud formaya görə bənzətmə nəticəsində yaranmış qab - qacaq adları, məsələn: boat- qayıq formasında qab(boat -qayıq deməkdir); tappet - henqabarmış qapaqlı qalaydan düzəldilmiş krujka, parç, tappet - hen - pipikli toyuq sözündən əmələ gəlmişdir; hogshead- böyük həcmli çəllək - hog’s head - donuz başı söz birləşməsindən əmələ gəlmişdir.
metonimiya, yəni bir əşyanın adının zahiri əlamət və yaxud daxili əlaqə nəticəsində digər əşyanın adma köçürülməsi nəticəsində yaranmış qab-qacaq adları. Metonimiya nəticəsində bir əşyanın adı digər əşyanın adını əvəz edir, məsələn, əşyanın içində olan maye əşyanın adını təşkil edir: highball- soda ilə buzlu viski; little sweet - şirniyyat üçün kiçik boşqab - sweet - şirni; konfet deməkdir;