Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə21/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
2017-1862

pitcher man - əyyaş;

komparativ adyektiv frazeoloji birləşmələr - as merry as cup and can - ən yaxın dost kimi şən;

as round as a barrel - çəllək kimi gombul (adam haqqında);

adverbial və sözönlü (prepozitiv) frazeoloji birləş­mələr - before one could say knife - dərhal, tez ~ gö­zünü qırpmağa çatmadı;

life a fish on a hot pan - tavada balıq kimi ~ iynə

üstə;

like a basket of chips - çox gözəl, çox xoş;

feili frazeoloji birləşmələr - to boil the pot - qazanmaq;

to lick the trencher - yaltaq və ya müftəxor olmaq;

kommunikativ (paremioloji) frazeoloji birləşmələr - every tub must stand on its own bottom - hər kəs öz kökünə arxalanmalıdır ~ Allahdan bərəkət, səndən hərəkət.

Frazeoloji birləşmələr arasında aşağıdakı əlaqələr


38



işlənilir: frazeoloji variativlik, məsələn:

to keep the pot boiling (və yaxud: to keep the pot on the boil) - qazanı isti saxlamaq; fürsəti əldən ver­məmək;

sinonimlik: such a cup, such a cruse; such pot, such potlid - qazan necədi, qapağı da elədi - su axar, çuxurunu tapar;

antonimlik - to see the glass half empty situasiyada daha çox mənfi tərəfləri görmək; to see the glass half full - situasiyada daha çox müsbət tərəfləri görmək.

Qeyd etmək lazımdır ki, Azərbaycan dilində, ingilis dilindən fərqli olaraq, qab-qacaq rutinizmləri frazeoloji və paremioloji birləşmələr tərkibində bir o qədər işlək- liyə malik deyil, məsələn:

Nə tökərsən aşına, çıxar qaşığına.

Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Yuyulmamış qaşıq kimi ortaya girmə.

Boş vedrə kimi danqıldamaq.

Azərbaycan dilində tərkibində qab-qacaq rutinizm­ləri olan frazeoloji vahidlərin nisbətən az olması bir tə­rəfdən dildaxili faktorlarla bağlıdır (bu leksik-semantik qrupun inkişafı), digər tərəfdən isə ekstralinqvistik fak­torlarla bağlıdır (milli - mədəni dəyərlər).

Qeyd olunmalıdır ki, hər iki tədqiq olunan dillərdə qab-qacaq taksonomik qrupun əhəmiyyətli tərkib hissə­sini həmçinin mətbəx avadanlığı təşkil edir.

Bu münasibətlə bir məqama diqqət yetirməliyik. Əgər əvvəllər hər iki xalqın mətbəəsində avadanlıq kimi


39



istifadə edilən əşyaların sayı məhdud idisə, məsələn: ingilis dilində kiln, stove, Azərbaycan dilində: ocaq, soba və sair, hal-hazırkı dövrdə elmi-texniki tərəqqi, xalqların qarşılıqlı iqtisadi münasibətləri bu avadan­lıqların sayca artmasına və keyfiyyətcə yüksəlməsinə gətirib çıxarmışdır. İndi qaz plitəsiz, soyuducusuz heç bir mətbəxi təsəvvür etmək olmaz. Beləliklə, həm ingilis, həm də Azərbaycan dillərində mətbəx avadanlığı (kit­chen utensils) taksonomik qrupunu nəzərdən keçirək.


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin