Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə24/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
2017-1862

Regional-lokal istiqamət. İlk dəfə İ.O.Məm­mədov etnoqrafik leksikaya aid olan doktorluq dissertasi­yasında Azərbaycan milli yeməklərimizin adların mən­şəcə regional - lokal baxımdan qruplaşdıraraq 4 yerə bölmüşdür:

  1. Azərbaycan milli yemək adlarında Şərqə məxsus


45



xüsusiyyətlər;

  1. Türk mənşəli, həmçinin əcnəbi mənşəli - ərəb, fars, rus, Ukrayna, gürcü və s. dillərinə məxsus yemək adları;

  2. Ərazi cəhətdən fərqli xüsusiyyətlərə malik olan milli yemək adları;

  3. Lokal səciyyəli milli yemək adları (13,s.20).

III. Dialekt və şivələrin tədqiqi istiqaməti Azərbaycan dilinin dialekt və şivələrinin leksik xüsusiy­yətlərindən bəhs edən dissertasiyalarda həmin ərazinin yemək, xörək adları da göstərilmiş, məna və digər xüsu­siyyətləri, qismən də olsa, izah edilmişdir (14,s.6-7).

Burada bəzi fonetik variantlar da aşkarlanmışdır. Z.Vəliyevin, S.Behbudovun, A.Məcidovanm, N.Məmmə­dovun, M.Məmmədovun, A.Ağayevin, A.Hüseynovun, Ə.Qubadovun namizədlik dissertasiyaları bu cəhətdən xüsusi maraq doğurur (bax: 23,s.25-28; 21 ,s. 13; 36,s.26; 35,s.29; 34,s.l6; 19,s.36; 24,s.l8; 32,s.l0-18; 14,s.7-8).

Azərbaycan dilindəki yemək adları orfoqrafiya lü­ğətlərində, dialektoloji, izahlı və terminoloji lüğətlərdə də öz əksini tapmışdır.

Azərbaycan dilinin izahlı lüğətində ədəbi dilimizdə işlənən bir sıra yemək adlarının məna və mənşəyi qeyd olunmuşdur.

Yemək adları etnoqrafik - məişət terminologiya­sının əsas sahələrindən biri kimi etnoqrafiyaya aid ter­minoloji lüğətlərdə də əks olunmuşdur. “Azərbaycanca - rusca etnoqrafiya terminləri lüğəti” dilimizə məxsus yemək adlarının bir qismini əhatə edir. Lüğətdə yemək


46





adlarının rus dilindəki qarşılıqları müəyyənləşdirilməklə yanaşı, qısa izahı da verilmişdir, məsələn:


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin