Un məmulatları və şirnilər (Starchy foods and confectionery)
Ədviyyatlar (Spicery)
Məlumdur ki, hər bir dil maddi gerçəkliyi özünəməxsus surətdə əks etdirir və bu əksolunmada hər bir dil daşıyıcının dünyagörüşü, milli mədəni dəyərləri təzahür edir. Bu baxımdan ksenonimlərin Azərbaycan və ingilis dillərində öyrənilməsi hər iki xalqın məişətinin, yemək zövqlərinin və daha geniş desək dünyaya baxışlarının müəyyənləşdirilməsində müstəsna rol oynayır. Azərbaycan dilçiliyinin müasir mərhələsində milli-mədəni se- mantikaya malik olan sözlər (yəni məişət sözləri - rutinizmlər) həm semasioloji, həm də linqvo - culturoloji planda öyrənilir. Azərbaycan və ingilis dillərindəki ksenonimləri sinxron planda öyrənərkən adlandırma prinsipini əsas götürərək onları iki qrupa ayırmaq olar:
Birinci dərəcəli nominasiya nəticəsində əmələ gələn ksenonimlər (первичная номинация).
İkinci dərəcələi nominasiya nəticəsində əmələ gələn ksenonimlər (вторичная номинация).
Birinci dərəcəli nominasiya dedikdə biz adlandırıl- mada əşyanın bu və ya digər əlamətlərinin, keyfiyyətlərinin bilavasitə sözdə əks olunmasını nəzərdə tuturuq.
49
Məsələn, ingilis və Azərbaycan dillərində aşağıdakı kse- nonimlər birinci dərəcəli nominasiyanın məhsuludur.
Azərbaycan dilində: aş, kabab, dolma, plov, şorba və s.
İngilis dilində: souffle, ragout, porridge, flitch.
Birinci dərəcəli nominasiya nəticəsində yaranan rutinizmlər hər iki dildə azlıq təşkil edir.
Dilin nominativ ehtiyatı bir sıra hallarda ikinci dərəcəli nominasiya hesabına zənginləşir. İkinci dərəcəli nominasiyada əsas rolu insan təfəkkürünün assosiativ xarakteri oynayır. İkinci dərəcəli nominasiyada əşyaların oxşarlığı, bənzətmə ön plana çəkilir və adlandırmada yenidən mənalandırma baş verir və bu da artıq mövcud olan mənanın fonunda reallaşır (45,s.234-235).
İngilis və Azərbaycan dillərində ikinci dərəcəli nominasiya öz etibarilə motivləşmə yolu ilə əmələ gələn dil vahidlərini əks etdirir. Hər iki dildə motivləşmə yolu ilə əmələ gələn yemək adları çoxluq təşkil edir. Motivləşmə yolu ilə əmələ gələn xörək adları üçün səciyyəvi cəhət bir əşyanın adının başqasının üzərinə köçürülüb işlədil- məsidir. Bu yolla əmələ gələn birləşmələrin bir hissəsi hərəkət, əlamət bildirən sözlər və digər əşya adlarından düzəlir, daha dəqiq desək, hərəkətin, əlamətin və digər əşyaların adları xörək adlarına çevrilir, köçürülür. Beləliklə, Azərbaycan dilində motivləşmə nəticəsində əmələ gələn yemək adları aşağıdakı qruplara bölünür:
Hərəkət adları ilə motivləşmə (metaforlaşma, me- tonimləşmə) nəticəsində yaranan xörək adları. Bir çox yemək adları xörəyi hazırlayanın gördüyü işlə bağlı olur, müəyyən bir hərəkətin, fəaliyyətin nəticəsi kimi meydana
50
çıxır. Məsələn: çəkməplov, döşəməplov, süzməxingəl, qiyməplov, əzməkartof, dönərkabab(14,s.22-23). Əlamət adları ilə motivləşən xörək adlarının yaranması. Mürəkkəb quruluşlu xörək adlarının nominasiyasında sifətlər də (əlamət bildirən sözlər) əsas yer tutur. Onlar, bir qayda olaraq, mürəkkəb quruluşlu yemək adlarının birinci komponentlərinin yerinə işlənərək belə adların ən səciyyəvi əlamətlərini əks etdirir. Məsələn: şirin plov, şirin südlü aş, ətli kükü, südlü sıyıq, qır-qır plov.
Kənd təsərrüfatı məhsullarının adları ilə motivləşən xörək və şirniyyat adları: kələm dolması, lobya şorbası, badımcan dolması, soğanbozbaşı, kartof əzməsi, əvəlikli plov, şüyüdplov, mərci şorbası, çaytikanı tortu, qozlu tort, limonlu tortu, darçınlı biskvit, almalı tortu, xaş-xaşlı tort, çiyələk tortu.
Meyvə adları ilə motivləşən mürəkkəb xörək adları: kişmiş plov, yarpaq dolması, nar qovurma, zoğal- çilov, qozlu aş, banan peçenyesi.
Üçüncü və dördüncü qrupların bölgüsü demək olar ki, şərtidir.
Heyvan və quş adları ilə motivləşən xörək adları: qoyun kababı, toyuqplov, toyuq çığırtması, toyuq şorbası, balıq kababı, qırqovulplov.
Ərzaq məhsullarının adlarından ibarət olan mürəkkəb xörək adları: tikə kabab, ət qutabı, qaraciyər kababı, kəlləpaça, ətli dovğa, bağırsaq kababı, lülə kabab.
Mətbəx əşyalarının adları ilə motivləşmə: tava kabab, tas kababı, qazan kotleti, qazan kababı.
51
Un məhsullarının adları ilə motivləşmə: xəmir- aşı, un xəşili, yarma xəşili, manna yarmasından tort.
Süd məhsulları adları ilə motivləşmə: südlu sıyıq, kəsmikli tort, südlü aş, sudluplov, atlama ovduq, ayranaşı.
Peşə adları ilə motivləşmə: çobanaşı, çoban salatı.
Xalq, millət, şəxsiyyət və yer adları ilə motivləşmə. Bu qəbildən olan motivləşməyə Azərbaycan dilində həm xörək adları, həm içki adları, həm də şirniyyat adlarında tez-tez təsadüf olunur, məsələn: rus borşu, Şəki plovu, Napoleon pirojnası, Ekler pirojnası, gürcu xarçosu. İsfahan halvası, Arzuman küftəsi, Sezar salatı, İskəndər kababı, Kürdəmir çaxırı, Gəncə konyakı, Dəllər çaxırı, Suvorov peçenyesi, Aygün tortu, Aysel tortu, Jalə tortu, Züleyxa tortu, Yeganə tortu, Kəmalə tortu, Gülarə tortu, Gülbahar tortu, Lalə tortu, Mehparə tortu, Mətanət tortu, Napoleon tortu, Nərmin tortu, Nigar tortu, Polrobson tortu, Praqa tortu, Riqa tortu, Sevinc tortu, Səadət tortu, Ülviyyə tortu, Xatirə tortu, Cəmilə tortu, Şəlalə tortu, Şəfəq tortu, Bakı qurabiyyəsi, Bakı paxlavası, Şəki paxlavası, Naxçıvan paxlavası, Lənkəran külçəsi, Quba paxlavası, Gəncə paxlavası, Quba bükməsi, Şamaxı mütəkkəsi, Şəki külçəsi, Şirvan qatlaması, Suvorov peçenyesi, Gəncə qutabı .
Bilavasitə deyil, dolayısı yolla motivləşən (tərkibinə, formasına görə) motivləşən un məmulatlarının