Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə28/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
2017-1862

53



küftəsi və s.

Yuxarıda qeyd olunduğu kimi, İngiltərə mətbəxi Azərbaycan mətbəxi kimi zəngin deyil, lakin o bəzi ənənələrə tabedir. Belə ki, İngiltərədə ikinci səhər yeməyi (saat 12-də) Luncheon və saat 17-də çayiçmə vaxtı (Tea - time) mövcuddur. Ona görə də İngilis mət­bəxində müxtəlif növ piroqlara, peçenyelərə, kökələrə və tortlara üstünlük verilir. Britaniya mətbəxi bir sıra milli və regional variantlardan, o cümlədən ingilis, Şotland, Valliya, Hibraltar və ingilis - hind mətbəxlərindən bəh­rələnir və bu mətbəxlər öz məhsulları ilə məşhurdur, məsələn. Çeşir pendiri, Yorkşir pudinqi, qızardılmış çörək tikələri ilə Valliya pendiri və s. (52; 55).

İngilis dilində yemək adlarında müşahidə edilən nominasiya üsulları bütün dillərdə olduğu kimi birinci və ikinci dərəcəli olmaqla iki qrupa ayrılır. Birinci dərəcəli nominasiya nəticəsində əmələ gələn yemək adları kəmiy­yətcə azlıq təşkil edir. Məsələn: porridge, ragout, bonbon, omelette və s.

ikinci dərəcəli nominasiya ingilis dilinin yemək ad­larında kəmiyyətcə çoxluq təşkil edir və daha zəngin və rəngarəngdir, məsələn: Cahors wine, vintage wine, cottage pie, mashed potatoes, cured fish, force meat (döymə ət), Scotch broth (arpa yarması şorbası), fried eggs, beefsteak, cornish pasty, Scotch egg, cottage pic, tikka masala clicken, Pancake Day, lemon curd, Scottish oatcakes, Welsh Pancake, chicken and leek soup, wild mushroom soup, cock -a- leekie soup s. (52)

Azərbyacan dilində olduğu kimi, ingilis dilində də


54





yemək adlarının əksər hissəsi ikinci dərəcəli nomina­siyanın məhsulu olaraq motivləşmə nəticəsində əmələ gəlmişdir. Bəs ingilis dilində motivləşmənin hansı xü­susiyyətləri təzahür edir? Bu baxımdan, yəni motivləşmə üsullarına görə ingilis dilinin yemək adları Azərbaycan dilinə nisbətən bəsitdir. İngilis dilində yemək adlarında motivləşmənin aşağıdakı növləri fərqləndirilir:


  1. Yüklə 102,26 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin