bəmi - şirli saxsı küpə; təlis - kisə (qida məhsulları üçün); çölmək - xörək bişirmək üçün saxsı qab; badya - süd sağılan gen mis qab; çalxar - dəridən düzəldilmiş nehrə; xəfəng - samovarın odunu söndürmək üçün dəmir qapaq;
cığ - qarğı süzgəc və s.
Bu sinonimləri biz ideoqrafik sinonimlər hesab edə bilərik, çünki onlar bəzi hallarda əşyanın forması, digər hallarda onun funksional əlamətlərini göstərərək, onlar haqqında əlavə məlumat verir.
M.Ə.Zeynalov Naxçıvan Muxtar Respublikası dia- lekt və şivələrində məişət leksikasına aid tədqiqat əsərində qeyd edir ki, tədqiq olunan şivələrdə elə mətbəx alətlərini, ləvazimatlarını bildirən sözlər var ki, onlar Azərbaycan dilinin heç bir dialekt və şivələrində qeydə alınmayıb, məsələn: