üçün işlədilən dəmir qapaq. Məsələn: Xəfəng simavərin odunu söndürmək üçundi (l,s.409).
Xırxır // xırxı - mişar. Bu söz Şahbuz dialekt və şivələrində işlənir, məsələn: Xırxıynan ağaş kəsəllər (Şahbuz) (l,s.414).
Zənnimizcə, bu leksik vahid onomatopeya nəticəsində əmələ gəlmişdir. Lakin bəzi tədqiqatçılar onun monqol dillərinə məxsus olduğunu iddia edirlər (28,- s.120).
Cığ - qarğı süzgəc. Bu söz ismayıllı və Biləsuvar rayonunun dialekt və şivələrində 1. xırda qamış, qarğı, 2. qarğı süzgəc mənalarında işlənir. Məsələn:
A uşaqlar, bir az cığ gətirün (İsmayıllı);
Cığ qarğıdan qayrılır (Biləsuvar) (l,s.446).
Qədim türk dillərinin yazılı abidələrində bu sözün feil forması çığ “bağlamaq, birləşdirmək” mənalarında qeyd olunmuşdur (,Zl,TC,s.l45).
Tədqiqatın bu hissəsində qeyd etmək lazımdır ki, bütöv bu sadaladığımız dialekt və şivələrdə işlənən qab- qacaq, mətbəx alətlərini və s. bildirən rutunizmləri biz qab-qacaq taksonomik qrupunda sinonimik əlaqələri reallaşdıran leksik vahidlər hesab edə bilərik. Eyni zamanda, onlar ideoqrafık sinonimlərdir, çünki bu və ya digər sinonimlər müəyyən məna çalarlıqları ilə seçilir və əşyaların əlavə əlamətlərini - ölçü, forma, hansı materialdan düzəldiyini və bu va ya digər alətin işlənmə üsulunu göstərir, məsələn: