The pot calls the kettle is black ~ öz gözündə tiri görmür, başqasının gözündə qılı seçir;
to be bora with a silver spoon in one's mouth-ana- dan köynəkdə doğulmaq, xoşbəxt ulduz altında doğulmaq;
Out of the frying - pan into the fire ~ yağışdan çıxdıq, yağmura düşdük;
Every tub must stand on its own bottom ~ Allahdan bərəkət, səndən hərəkət.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində də qab-qacaq LSQ-nda sinonimik əlaqələr mövcuddur. A.Rza namizədlik dissertasiyasının avtoreferatında qeyd edir (40, s. 12): “Məişət leksikasının sinonimliyi iki istiqamətdə müşahidə edilir:
dilin daxili imkanları hesabına əmələ gələn sinonimiya;
alınma sözlər vasitəsilə yaranan sinonimiya.
Birinci qrupa aid olanlar daxili sinonimlər adlanır.
Qab-qacaq LSQ-ndan birinci qrupa aid biz tabaq - boşqab sözlərini qeyd edə bilərik.
ikinci qrupa, yəni alınma sözlər vasitəsilə yaranan qab-qacaq LSQ-nın sinonimliyini yaradan sözlər daha çox və rəngarəngdir, məsələn: adətən bu qrupda bir söz Azərbaycan mənşəli, digəri isə ya ərəb-fars mənşəli, ya
Bu qəbildən olan sözlər mütləq sinonimlər hesab edilə bilər. Tədqiqatlar göstərir ki, Azərbaycan dilində həmçinin qab-qacaq leksik-semantik qrupunda sinonim- liyi yaradan amillərdən biri də dialekt sözləridir, məsələn, bu qəbildən aşağıdakı sözləri qeyd edə bilərik:
Dağar - dəridən düzəldilmiş qab, kisə. Bu söz Şəki dialektində (10,s.240) və Azərbaycan dilinin Ağdam, Şamaxı, Kəlbəcər dialektlərində “dəridən düzəldilmiş taxıl və başqa şey tökmək üçün işlədilən qab; motal deməkdir, məsələn; Əli, o dağarı dəyirmana apar (Kəlbəcər); Bir dağar un gətdim (Ağdam).
Quba dialektində isə dağar - tənbəki kisəsi deməkdir. Mənim dağarımda tənbəki qalmadı (Quba) (l,s. 163-164).
Bu söz qədim türk dilindəki taparsözündən əmələ gəlmişdir, onun mənası “zibil, lazımsız əşyalar” deməkdir (25,s.l69).
Bəmi - şirli saxsı kupə, banka. Bu söz Naxçıvan və Ordubad dialekt və şivələrində işlənir, məsələn: Dünən bəmi əlimnən düşdü sındı (Naxçıvan) (l,s.73; 29,s.l2).