Kəsək // kəsəx - bıçaq. Bu söz Şahbuz dialekt və şivələrində bıçaq mənasında işlənir, məsələn:
Cibinnən kəsəyi çıxarıb kəsirdi (1, s. 260).
Bu isim “kəsmək” feilindən əmələ gəlmişdir.
Bu söz çuvaş və tatar dilinin dialektlərində kusar “böyük bıçaq” mənasında, türk dilində “kəsər” - “balta” mənasında, monqol dilində xuusur // kusuur “ərsin” mənasında işlənir (25, s. 119).
Cəhənnəmi - samovarın odun salman yeri. Cəhənnəmi sözü bu mənada yalnız Naxçıvan Muxtar Respublikası dialekt və şivələrində işlənir. Bu leksik vahid insanların etiqadlarına əsasən bu mənada işlənir, çünki onlar hesab edirdilər ki, cəhənnəmdə hər şey od tutub yanır. Ona görə də samovarın odun yanan hissəsi cəhənnəmiadlandırılmışdır; burada bənzətmə hadisəsi müşahidə edilir (29,s.l6).