Qeyd etmək lazımdır ki, Azərbaycan dilində də ingilis dilində olduğu kimi, qab-qacaq LSQ-na daxil olan dil vahidləri bir sıra paremioloji vahidlərin tərkibinə daxil olaraq onların obrazlılığım, ekspressivliyini, ifadəliliyini təmin edir. Bu leksik vahidlərin nominativ mənası artıq konnotasiyaya uğramış və Azərbaycan xalqının milli-mədəni dəyərlərini əks etdirir, məsələn:
Nə tökərsən aşına, çıxar qaşığına.
Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Yuyulmamış qaşıq kimi ortaya girmə.
Qab-qacaq nominasiyasını təhlil edərkən biz ingilis və Azərbaycan dillərində bu taksonomik qrupun etimolo-
* Burada göstərilən tampacalar: Tapmacalar. Toplayanı: N.Seyidov. Gənclik, Bakı, 1971 kitabından götürülmüşdür.
30
giyasına da diqqət yetirmişik. İngilis dilində qab-qacaq leksik qrupunun tərkib hissələri etimoloji cəhətdən əsasən aşağıdakılardır:
xalis ingilis mənşəli sözlər: spoon - qaşıq, snifter - qədəh, runlet - çəllək, tossie - qədəh, grater - sürtkəc.
digər German dillərindən alınmalar - qərbi Ger- man qrupu (alman, friz, holland, flamand dilləri), Skan- dinav qrupu (Norveç dili, qədim Skandinav dili, İsland və İsveç dili), məsələn:
firkin- (orta Holland dilindən keçmişdir) - kiçik çəllək (47,s.366).
stein - (alman dilindən keçmişdir) - pivə içmək üçün saxsı parç.
Steel-(qədim Skandinav dilindən keçmişdir) -çaxır çəlləyi (47,s.l040).
whisk- (qədim Skandinav dilindən keçmişdir) -yumurta, yağ çalmaq üçün qab.
ç) qədim fransız dilindən alınmalar: cutlery - süfrə alətləri, çəngəl - bıçaqlar;