monteith - punş üçün işlədilən piyalələrin içində içkilərin soyuq saxlanılması üçün istifadə edilən böyük cam (camın qıraqlarında piyalələr üçün xüsusi kəsmə oyuqlar olur) - öz adını yarıqlı ətəyi olan plaş geyinən ispaniyalının familiyasından götürmüşdür (17,sl2).
Bu parçın forması tənbəki çəkən üçbucaq papağ taxan kişiyə bənzəyir. Bu parç öz adını “Little Brown Jug” mahnısının qəhrəmanı Tobi Filpotun adından götürmüşdür.
32
Beləliklə, əldə edilmiş material göstərir ki, ingilis dilinin qab - qacaq leksik - semantik qrupu olduqca mürəkkəb və çoxşaxəli bir sistemdir və bu taksonomik toplu uzun tarixi inkişaf nəticəsində formalaşmışdır.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dilində qab-qacaq LSQ-u da öz mürəkkəbliyi ilə seçilir.
Bu taksonomik qrup aşağıdakı tərkib hissələrdən ibarətdir:
xalis Azərbaycan və yaxud türk mənşəli sözlər: tabaq, boşqab, təndir, bıçaq, çəllək və s.
ərəb və fars mənşəli sözlər: bardaq, kürə, kuzə, çömçə, sini, məcməyi, nimçə və s.
rus mənşəli sözlər: samovar, padnos, butulka və s.
Avropa dillərindən alınmalar: toster, blender, elektroqril, mətbəx kombaynı və s.
Axırıncı qrup əsasən mətbəx avadanlığına aiddir.
Azərbaycan dilində qab-qacaq LSQ-nun olduqca əhəmiyyətli tərkib hissəsi dialekt sözləridir. Onlar bu və ya digər dialekt və şivələrdə işlənərək, tədricən ədəbi dildə də vətəndaşlıq hüququ qazanır, məsələn: dağar, badya, bəmi, xəfəng və s.
Tədqiq olunan materialdan çıxış edərək demək olar ki, bu leksik-semantik qrupu tarixi inkişaf boyu izləmək yolu da maraqlı nəticələrə gətirib çıxara bilər. Belə ki, əgər tarixi inkişafın əvvəllərində qab-qacaq leksik- semantik qruplarında hər iki tədqiq olunan dildə bir ümumilik, oxşarlıq yox dərəcəsində idisə, hazırkı mərhələdə qloballaşma, elmi-texniki tərəqqi bu sahədə bir sıra ümumi cəhətlərin mövcudluğuna gətirib çıxartdı. Bu
33
əsasən qab-qacaq hiper - hiponimik sıranın mətbəx avadanlığı (ləvazimatı) yarımqrupuna aiddir, çünki mətbəxdə işlənən avadanlıqlar artıq hər iki xalq tərəfindən işlənir, onların quruluşu əsasən sadə və mürəkkəbdir, Azərbaycan dilində onlar ya alınmadır, ya da qismən tərcümə (kalka) olunmuş söz birləşmələridir.
Məsələn: electric heating appliances- elektrik qızdırıcı vasitələri;