Regional-lokal istiqamət. İlk dəfə İ.O.Məmmədov etnoqrafik leksikaya aid olan doktorluq dissertasiyasında Azərbaycan milli yeməklərimizin adların mənşəcə regional - lokal baxımdan qruplaşdıraraq 4 yerə bölmüşdür:
Azərbaycan milli yemək adlarında Şərqə məxsus
45
xüsusiyyətlər;
Türk mənşəli, həmçinin əcnəbi mənşəli - ərəb, fars, rus, Ukrayna, gürcü və s. dillərinə məxsus yemək adları;
Ərazi cəhətdən fərqli xüsusiyyətlərə malik olan milli yemək adları;
Burada bəzi fonetik variantlar da aşkarlanmışdır. Z.Vəliyevin, S.Behbudovun, A.Məcidovanm, N.Məmmədovun, M.Məmmədovun, A.Ağayevin, A.Hüseynovun, Ə.Qubadovun namizədlik dissertasiyaları bu cəhətdən xüsusi maraq doğurur (bax: 23,s.25-28; 21 ,s. 13; 36,s.26; 35,s.29; 34,s.l6; 19,s.36; 24,s.l8; 32,s.l0-18; 14,s.7-8).
Azərbaycan dilindəki yemək adları orfoqrafiya lüğətlərində, dialektoloji, izahlı və terminoloji lüğətlərdə də öz əksini tapmışdır.
Azərbaycan dilinin izahlı lüğətində ədəbi dilimizdə işlənən bir sıra yemək adlarının məna və mənşəyi qeyd olunmuşdur.
Yemək adları etnoqrafik - məişət terminologiyasının əsas sahələrindən biri kimi etnoqrafiyaya aid terminoloji lüğətlərdə də əks olunmuşdur. “Azərbaycanca - rusca etnoqrafiya terminləri lüğəti” dilimizə məxsus yemək adlarının bir qismini əhatə edir. Lüğətdə yemək
46
adlarının rus dilindəki qarşılıqları müəyyənləşdirilməklə yanaşı, qısa izahı da verilmişdir, məsələn: