Hekayənin 2-ci hissəsi oxunur. Suallar verilir:
– Nə üçün Əli müəllim Raminin komandaya salınmasında israr edirdi?
– Direktor bu təklifə niyə tərəddüdlə yanaşırdı?
Oxunan hissəyə “Komandanın tərkibi” başlığı verilməklə
plan tutulur.
1. Bilik yarışmasına hazırlıq
2. Əli müəllimin təkidi
3. Tərəddüd edən direktor
4. Raminin sevinci
Hekayənin 3-cü hissəsi oxunur. Suallar verilir:
– Aparıcının verdiyi sonuncu sualın məzmunu necə idi?
– Nə üçün Ramin cavab düyməsini basmağa tərəddüd edirdi?
– Raminin cavabı necə idi?
Oxunan hissəyə “Gərgin keçən yarış” başlığı verilməklə
plan tutulur.
1. Həlledici sual
2. Raminin tərəddüdü
3. Raminin cavabı
Tapşırıq 1. Cavab “A” variantıdır.
Tapşırıq 2.
Ürək eləmirdi – A
Ürəyi çırpınmaq – B
3-cü tapşırıqda verilmiş sualla bağlı şagirdlərin cavabları dinlənilir.
Şagirdlər fikirlərini belə
əsaslandıra bilərlər: “Qutuların rəngi topların rənginə uyğun olmadığına görə yarısı qırmızı,
yarısı göy rəngdə olan qutuda yalnız rəngli top ola bilər. Deməli, yaşıl rəngli qutuda qırmızı
top, qırmızı rəngli qutuda ilə göy top yerləşir”.
Hekayənin 4-cü hissəsi oxunur.
Oxunan hissəyə “Qələbə sevinci” başlığı verilməklə
plan tutulur.
1. Azarkeşlərin sevinci
2. “Mən çox xoşbəxtəm!”
Tapşırıq 4. Raminin xarakterinə uyğun sözlər seçilir
: savadlı, sakit, istedadlı, utancaq.
Dostları ilə paylaş: