Sual: – Bu sözlər necə sözlərdir? Tapşırıq 5. Sual: – Raminin özünü xoşbəxt saymasına səbəb nə idi? Ən böyük səbəb odur ki, o, fiziki qüsurlu ola-ola komandasına qalibiyyət qazandırdı. Artıq
bu hadisədən sonra, bəlkə də, Ramin öz qətiyyətsizliyindən əl çəkər, inamlı olar.
Tapşırıq 6. Komandanın tərkibinə Raminin adı salınmasa idi, o özünə daha çox qa-
panacaq, heç kəslə ünsiyyət qurmayacaq, özünü heç bir işə yaramayan hesab edəcəkdi.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Mətnin məzmunu tutulmuş plan üzrə nəql
edilir. Müəllim mətnin adı ilə bağlı sual verir. Cavablar dinlənilir və ümumiləşdirilir.
Hekayənin ideya məzmunu müəyyən olunur:
– İnsanın fiziki qüsuru onun xoşbəxt olması üçün maneə deyil. Nəticə: Fiziki qüsurlu insanlara acımaq yox, yardım etmək lazımdır. Bunu elə etmək
lazımdır ki, onlar özlərini zəif hiss etməsinlər, sıxılmasınlar.
Xüsusi qayğıya ehtiyacı olan insan da xoşbəxt ola bilər. Həyatda qarşısına qoyduğu
məqsədə çatmaq üçün çalışan insan mütləq istədiyinə nail olur. Bu isə xoşbəxtliyin başlıca
amilidir.