Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


ЫЫЫ бюлмя 90 Дярслярин планлашдырылмасы Çap üçün deyil



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə156/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   152   153   154   155   156   157   158   159   ...   391
ЫЫЫ бюлмя
90
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Sonra müəllimlə bağlı başqa şeir və kəlamlar səsləndirilir. 
Dərslikdən şeir düzgün və ifadəli oxunur. Oxu zamanı müəllim yazılışı və deyilişi fərqli olan
sözlərin düzgün tələffüz edilməsinə fikir verir. (Müəllim, qulaq asmaq.) 
Müəllim– Qəlbimizdə həmişə yanan nurdu o insan” cümləsini öz sözlərinizlə izah edin.
“Qəlbimizdə həmişə yanan nurdu o insan”  cümləsi ilə şair demək istəyir ki, müəllim elə
bir insandır ki, onun məktəbdə öyrətdikləri həmişə gərəyimiz olur, məhz onun öyrətdiklərinin
sayəsində biz həyatda nələrəsə nail oluruq. Müəllim elə bir nurdur ki, həmişə bizim
ürəyimizdədir, həmişə  yanır, alovlanır. Ona görə də müəllim həmişə qəlbimizdə yanan nura
bənzədilir. Şeirin hər bəndini şagirdlər öz sözləri ilə danışırlar.
Sual– Şeirin hansı misralarındakı cümlələr ad və hərəkət bildirən sözlərdən ibarətdir?
Tapşırıq 1. Mətnin məzmununa görə çatışmayan cümlələr əlavə edilir:
2. Müəllim bizə yerin, göyün sirrini öyrədir.
3. Müəllim bizə nəyin düz, nəyin əyri olduğunu öyrədir.
4. Müəllim bizə ləyaqətlə yaşamağı öyrədir.
Hər cümlə şeirin məzmununa uyğun tərtib olunmuş plan kimi qəbul edilərək nəql olunur.
Müəllim: – Şeirin məzmunundan çıxış edərək əsas fikri müəyyənləşdirin.
Şeirdə əsas fikir aşağıdakı kimi ifadə oluna bilər: “Həyatda  insanlara oxumağı, yazmağı
öyrədən varlıq müəllimdir. Müəllim o şəxsdir ki, həyatda onsuz heç nəyə nail ola bilmərik. O,
həyat yolumuza işıq saçan mayakdır”. 
Sual: – “Kitab” və “Müəllim” şeirlərini birləşdirən ümumi cəhət hansıdır?
Hər iki şeirin ideyası elmə, biliyə, onu öyrədənə ehtiram və sevgi ilə bağlıdır. Uşaq
məktəbə gedir, kitab oxuyur, müəllim ona oxumağı, yazmağı öyrədir. Kitab da, müəllim də
eyni məqsədə – elm öyrətməyə, təhsil verməyə xidmət edir.  

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin