Tətbiqetmə.
İş dəftərinin 48-ci səhifəsindəki tapşırıqlar
yerinə yetirilməzdən əvvəl
müəllim hekayə xəritəsi haqqında məlumat verir.
Müəllimin nəzərinə: Hekayə xəritəsi tərtib etmək mətni hərtərəfli təhlil etmək bacarığını
inkişaf etdirən tapşırıqlardan biridir. Burada şagird mətnlə bağlı kim? nə? harada?
suallarına cavab verməli, xarakterlərin mənfi və müsbət keyfiyyətlərini açıqlamalıdır.
İş dəftərindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. Hekayənin qısa məzmunu elə yazılmalıdır
ki, hər hissədən götürülən cümlələr öz əksini tapsın (2-ci tapşırıq).
Dil qaydaları. 8-ci tapşırıq yerinə yetirilir.
Yazı.
Hüsnxət. “Ğ” hərfi. İş dəftəri, səh. 49.
Ev tapşırığı.
Dərsliyin 66-cı səhifəsindəki 7-ci tapşırıq yerinə yetirilir. Raminə yazdığınız
məktubda öz arzu və istəklərinizi qeyd edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 30. MÜƏLLİM (4 saat)
Motivasiya.
Müəllim yazı taxtasında
dairə çəkir, içərisinə “
Müəllim” sözünü yazır. Şa -
girdlər bu sözlə bağlı
fikirlər səsləndirirlər, müəllim dairənin kənarlarından
şaxələr çək məklə
həmin fikirləri qeyd edir.
Dostları ilə paylaş: