Fəal təlim
Fəal təlim nədir?
Məktəblərdə tədrisin əsas məqsədi şagirdlərə hazır bilik və ehkamlar vermək deyil,
onların faktlar
və mənbələrlə sərbəst işləmək, təhlil etmək, müstəqil nəticələr
çıxarmaq bacarıqlarını inkişaf etdirməkdir. Bu cür təlimdə yoxlama və qiymətləndirmə
sistemi də fərqlidir. Burada yalnız mənimsənilmiş biliklərin aşkarlanması deyil,
şagirdlərin sərbəst işləmək bacarıq və vərdişləri əsas qiymətləndirmə meyarı kimi
götürülür.
Ana dilinin tədrisi zamanı müəllim elə bir metodikaya üstünlük verməlidir ki, onun
tət biqi, sadəcə, şagirdlərin linqvistik biliklər qazanmasına deyil, eləcə də onlarda yük -
sək nitq mədəniyyətinin formalaşmasına, müəyyən sosial
və intellektual vərdişlə rin
in kişafına kömək etsin.
"İnteraktiv" termini "qarşılıqlı fəaliyyətə əsaslanan" deməkdir. İnteraktiv təlim
müəllim qarşısında yüksək tələblər qoyur. Şagirdləri tədqiqata, diskussiyaya cəlb
etmək, müstəqil fikir yürütməyi öyrətmək onlara müəyyən biliklər toplusunu
mənimsətməkdən daha çətindir. Müəllim sinifdəki işə həmişə özü rəhbərlik etməyə
də bilər. O, bütün qərarları özü qəbul etməyib müəyyən məsələləri şagirdlərin mü ha -
kiməsinə verə bilər. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında
uzun müddət
qalır və onlar həmin bilikləri praktikada tətbiq etmək bacarığına malik olurlar. Bu
yanaşmadan danışarkən pedaqoqlar tez-tez Konfusinin kəlamını yada salırlar:
"Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm edirəm – anlayıram".
Müasir pedaqoji və sosial araşdırmalar da göstərir ki, ənənəvi dərs-mühazirələrin
passiv dinlənilməsi faktların tez bir zamanda unudulmasına gətirib çıxarır. Bu
araşdırmalara əsasən, şagird oxuduğunun, gördüyünün və eşitdiyinin çox az
hissəsini qısa müddətdə yadda saxlayır. Lakin o, cəlb olunduğu
fəaliyyət prosesində
öyrəndiklərinin böyük bir qismini qavrayır və uzun müddət unutmur.
Bütün bunlarla yanaşı, demək lazımdır ki, interaktiv metod məqsəd deyil, vasitədir.
Dünya təcrübəsi sübut edir ki, bu, çox yaxşı vasitədir. Lakin sadəcə, interaktivlik
xatirinə bu üsuldan istifadə etmək uğursuzluqla nəticələnə bilər. İnteraktiv təlim
metodlarının seçimi zamanı bir çox amilləri,
ilk növbədə, sinfin hazırlıq səviyyəsini
nəzərə almaq lazımdır. Əsas məsələ isə budur ki, müəllim özü psixoloji və intellektual
baxımdan seçdiyi üsulu tətbiq etməyə hazır olsun.
17
Çap üçün deyil
İnteraktiv dərs modeli
“Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları”nda
fəal dərsin
mərhələləri göstərilmişdir (səh. 284-286). MMV-də bir çox dərslərin şərhi bu model
üzərində qurulmuşdur.
Bu model yeni bilik və bacarığın mənimsədilməsi zamanı tətbiq olunur. Çünki
məhz informasiya qəbuletmə və ona münasibət bildirmə prosesində şagirdin tənqidi
təfəkkürünün inkişafına geniş imkanlar açılır.
Nəzərə almaq lazımdır ki, bir çox dərslərdə oxunan mətnlə bağlı fəaliyyət və yeni
dil qaydasının mənimsədilməsi prosesləri bir-biri ilə inteqrasiya olunsa da, fərqli bilik
və bacarıqların mənimsədilməsini nəzərdə tutur. Məhz
buna görə də fəal təlimin
mərhələləri hər bir proses üçün ayrı-ayrılıqda tətbiq və şərh olunur. Bu proseslərdən
18
GİRİŞ
MOTİVASİYA
PROBLEMİN QOYULMASI
TƏDQİQATIN APARILMASI
İNFORMASİYA MÜBADİLƏSİ
İNFORMASİYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ
YARADICI TƏTBİQETMƏ
EV TAPŞIRIĞI
QİYMƏTLƏNDİRMƏ
Çap üçün deyil
hər birinə nə qədər vaxt ayrılması müəllimin öhdəsinə buraxılır.
Dərslərin şərhini
Dostları ilə paylaş: