Dilin
tədrisində mətnin rolu
Dilin öyrədilməsində mətn əsas material rolunu oynayır. Ana dili kurikulumunda
təsbit olunmuş məzmun standartları,
ilk növbədə, mətn vasitəsilə reallaşır. Mətn
istənilən nitq vahidi (səs, hərf, söz, cümlə) ilə bağlı fəaliyyət qurmağa imkan verir.
Mətn şagirdin analitik, məntiqi, tənqidi, yaradıcı təfəkkürünün inkişafı
üçün də
əvəzolunmaz material rolunu oynayır. Lakin nəzərə almaq lazımdır ki, dil tədrisində
mətnlə bağlı çalışmalar, ilk növbədə, kurikulumda təsbit olunmuş nitq bacarıqlarının
inkişafına xidmət etməlidir. Mətnin məzmunu ilə bağlı qazanılan
biliklər, əslində,
Azərbaycan dili fənninin predmeti deyil. Bu biliklər, sadəcə, fənlərarası inteqrasiyaya,
şagird təfəkkürünün inkişafına, dünyagörüşünün genişlənməsinə xidmət edir. Ona
görə də Azərbaycan dili dərsinin əsas məqsədi heç də mətndə
ehtiva olunan biliklərin
mənimsənilməsi deyil, mətni dinləyib və ya oxuyub anladığını danışmaq və ya
yazmaq yolu ilə nümayiş etdirməkdir. Əgər şagird bunu edə bilirsə, deməli, o,
biliyi
də mənimsəyir.
Mətndən çıxış edərək nitq bacarıqlarını inkişaf etdirmək üçün bir sıra çalışma
modelləri var ki, müəllimlər onlardan istifadə etməklə özləri mətn hazırlaya və əlavə
dərslər keçə bilərlər.
Müəllim üçün vəsaitin “Dərslərin planlaşdırılması”
bölməsində imla, ifadə, üzündən
kö çürmə və dinləmə üçün bir çox mətnlər verilmişdir. Vəsaitin həcmi bu mətnlərlə bağlı
dərs lərin təfərrüatlı təsvirinə imkan vermir. Odur ki aşağıda mətnlə bağlı çalışma mo -
delləri verilmişdir. Həmin dərslərin təşkilində müəllim bu modellərdən istifadə edə bilər.
Dostları ilə paylaş: