yazarkən müəlliflərin əsas vəzifəsi müəllimlərə dərsin maraqlı və səmərəli təşkili üçün ideyalar (motivasiyanın təşkili, suallar, inşa, esse mövzuları və s.) və materiallar (dinləmə, imla, ifadə mətnləri və s.) təqdim etməkdir. Bütün bunlar
nümunə və tövsiyə xarakteri daşıyır. Yaradıcı müəllimlər məzmun standartlarını və
onlardan doğan təlim məqsədlərini reallaşdırmaq üçün fərqli material, texnika və
üsullardan da istifadə edə bilərlər. Bir daha qeyd edirik ki, əsas məqsəd məzmun
standartlarında nəzərdə tutulan bacarıqları şagirdlərə mənimsətməkdir.
Fəal təlim modeli əsasında dərsi uğurlu qurmaq üçün müəllimlər bir sıra qaydalara
riayət etməlidirlər.
1. Motivasiya (buzun sındırılması) çox önəmli mərhələdir. Bu, dərsin mövzusunun
şagirdlər üçün “doğmalaşmasına” gətirib çıxarır. Motivasiya mərhələsini keç -
mədən dərsə başlayan müəllim dəmiri qızdırmamış döyən dəmirçiyə bənzəyir.