Qiymətləndirmə
Qiymətləndirmə müasir təhsilin ayrılmaz komponentlərindən biridir. Kurikulumda
qiymətləndirmənin üç növü qeyd olunur:
Formativ qiymətləndirmə müəllimə imkan verir ki, “əlini daim şagirdin nəbzində
saxlasın”. Hər bir dərsin və mərhələnin qiymətləndirilməsi müəllimə növbəti mərhələ
üçün təlimin strategiyasını müəyyənləşdirməyə kömək edir. Qiymətləndirmənin
meyarları isə mərhələnin əvvəlində qoyulmuş məqsədlərdən asılıdır.
Müasir təhsildə qiymətləndirməni, sadəcə, şagirdə qiymət qoymaq kimi başa
düşmək olmaz. Qiymətləndirmə təlim və tədrisin əsas tərkib hissəsidir. O həm
müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir.
Qiymətləndirmə elə təşkil olunmalıdır ki, öyrənmənin ilkin mərhələsində son
məqsədə çatmağın yollarını təhlil edərək tədbirlər görmək və sonda hər bir şagirdin
nailiyyətləri haqqında fikir söyləmək mümkün olsun.
Şagird qiymətləndirmənin meyarlarını və məqsədini tam aydınlığı ilə dərk etməlidir,
əks halda onda qorxu və əsəbilik yarana bilər. O bilməlidir ki, qiymətləndirmə onun
təhsildə növbəti addımlarını planlaşdırmaq üçün məlumat və təlimat rolunu oynayır.
Şagird nəyə doğru getdiyini və bu yolda qiymətləndirmənin rolunu başa düşdükdə
təhsil daha səmərəli ola bilər.
Unutmaq olmaz ki, istənilən qiymətləndirmənin emosional təsiri var. Odur ki biliyin
qiymətləndirilməsi həssas və konstruktiv olmalıdır. Müəllim bilməlidir ki, şagirdə ve -
rilən aşağı qiymət onun əhvalına, özünə inamına zərbə vura bilər. Qiymət lən dirmənin
nəticələri ilə bağlı müəllimin şərhləri şagirdin şəxsi keyfiyyətlərinə deyil, onun işinə
aid olmalıdır. İşdə yol verdiyi səhvi anlamaq gələcəkdə qüsursuz fəaliyyətə stimul
yaradır, bu işi bacarmadığını düşünmək isə şagirddə xoşagəlməz komplekslər
doğura bilər.
Qiymətləndirmənin nəticələri şagirdlər üçün şərh olunmalıdır. Lakin qiy
mət -
ləndirmə həmişə həvəsləndirici amil rolunu oynamalı, uğursuzluğu deyil, inkişaf və
tərəqqini gücləndirən stimul yaratmalıdır. Daha müvəffəqiyyətli şagirdlə müqayisə
26
GİRİŞ
• İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər
əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris
olunmuş materialın hansı hissəsini bilirlər?
• İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mə -
nimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
• Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya stan-
dartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?
(
Ana dili kurikulumu
, səh. 28)
Dostları ilə paylaş: