çətin ki digər şagirddə stimul yaratsın. Bu cür müqayisə onu hətta tədris prosesindən
uzaqlaşdıra bilər, çünki o, təbiətən “qabiliyyətli olmadığı” barədə yanlış nəticələrə
gələ bilər.
Qiymətləndirmə müəllim və şagirdlərin birgə fəaliyyəti kimi baş verməlidir. Yəni
dərs prosesində verilən sual və tapşırıqlar
şagirdləri öz bilik, bacarıq və vərdişlərini
nümayiş etdirməyə sövq etməlidir. Şagirdlərin bu fəaliyyəti müəllim tərəfindən mü şa -
hidə edilir, biliyin inkişaf tempi haqqında mühakimələr yürüdülür. Bu (cari) qiy -
mətləndirmə gündəlik tədris prosesinin ayrılmaz hissəsidir.
Qiymətləndirmə müəllimdən xüsusi peşəkarlıq tələb edir. Bu peşəkarlığın əsas
göstəriciləri aşağıdakılardır:
– qiymətləndirmənin planlaşdırılması;
–
öyrənmə prosesinin müşahidəsi;
– qiymətləndirmənin nəticələrinin təhlili;
– şagirdlərin özünüqiymətləndirməyə həvəsləndirilməsi.
Qiymətləndirmə şagirdin
“özünüqiymətləndirmə” bacarığını formalaşdırmalıdır
ki, bu da onlarda dərrakəni və “özünüidarə” xüsusiyyətlərini inkişaf etdirir.
Şagirdlərə
aşılanmalıdır ki, qiymətləndirmə müvəffəqiyyətdən başgicəllənmə və ya pessimizmə
qapılma üçün deyil, təhsildə növbəti addımlarını müəyyənləşdirə bilmək üçün aparılır.
Qiymətləndirmə bütün şagirdlərə ən yüksək nəticəyə
nail olmaq cəhdlərindən heç
vaxt imtina etməmək üçün stimul verməlidir. O, təhsil fəaliyyətinin bütün sahələrində
şagirdlərin öyrənmə imkanlarının genişləndirilməsi üçün istifadə edilməlidir.
Dərslikdə və iş dəftərində hər bir mövzu, bölmə və
ümumi kurs üzrə şagirdlərin
qiymətləndirilməsi üçün kifayət qədər material verilmişdir.
***
Növbəti səhifələrdə müxtəlif qiymətləndirmə cədvəlləri verilmişdir. Nəzərə almaq
lazımdır ki, bu cədvəllər nümunə xarakteri daşıyır. Müəllimlər buradakı meyarları və
qiymətləndirmə şkalalarını dəyişməklə özlərinə uyğun cədvəllər yarada bilərlər.
Bundan əlavə, vəsaitdə hər bölmənin sonunda şagirdlərin qiymətləndirilməsi və
vəsaitin sonunda yekun qiymətləndirmə üçün cədvəllər verilmişdir.
Hər bir dərs üzrə qiymətləndirmə dərslərin icmalında verilir.
Bu qiymətləndirmə,
əsasən, şagirdlərin sinifdəki fəallığına, keçilən mövzunu nə dərəcədə mənimsə -
diklərinə görə müşahidə yolu ilə aparılır. Bundan əlavə,
dərslik və iş dəftərində
verilmiş tapşırıq və testlərdən də istifadə olunur.
27
Qiymətləndirmə
təhlil
proqnozlaşdırma
Dostları ilə paylaş: