İntellektual
oyunlar
Aşağıda təklif edilən intellektual oyunlar sinfin səviyyəsinə uyğun təşkil olunarsa,
nəzərdə tutulan şagird nailiyyətlərinin tez və asan qazanılmasına kömək edə bilər.
“Loto” oyunu sözün məna qrupunu müəyyənləşdirmək bacarığının formalaşdırıl -
masında, “Xanaqraf” və “Doqquzdaş” oyunları isə söz ehtiyatının zənginləş dirilmə -
sində əvəzedilməz vasitələrdir.
“Xanaqraf” oyununun qaydaları iş dəftərində şərh olunur və bu oyunu oynamaq
üçün iş dəftərinin 44-45-ci səhifələrində xanaqraf cədvəlləri verilir.
DOQQUZDAŞ
Bu oyunu yalnız
məktəbdə deyil, evdə, valideynlərin iştirakı ilə də oynamaq olar.
“Doqquzdaş” sinif şəraitində oynanılarkən şagirdlər iki və daha artıq qrupa bölünürlər.
Oyunda tərəflərinə hərflər yazılmış kiçik kublardan – zərlərdən istifadə olunur.
Kubun altı tərəfi olduğundan burada 54 (9x6) hərf iştirak edir. Azərbaycan dilində 32
hərf olduğundan dilimizdə daha çox işlənən hərflər (əsasən saitlər) bir neçə kubda
təkrarlanır. Müəllim və ya şagirdlərdən biri kubları müəllim masasının üstünə atır.
Üstə düşən hərflər yazı taxtasına yazılır. Bu hərflərin köməyi ilə daha çox söz
düzəldən qrup oyunda qalib gəlir.
Bu kubları şagirdlər özləri müəllimin köməyi ilə karton və ya qalın kağızdan
düzəldə bilərlər. Hərflərin kublar üzrə aşağıdakı şəkildə paylanması tövsiyə olunur.
22
GİRİŞ
1.
B, Ş, D, T, X, I
2.
A, O, E, U, Ə, İ
3.
Ü, H, S, E, K, İ
4.
U, E, Ə, İ, O, A
5.
Ç, P, G, M, N, R
6.
Z, J, E, Ö, Y, Q
7.
A, Ə, E, K, F, İ
8.
D, C, Ğ, V, X, B
9.
S, Ə, L, N, P, T
Çap üçün deyil
SÖZ-LOTO
Bu oyunu sinifdə cütlərə bölünərək oynamaq daha məqsədəuyğundur.
Hər cütlüyə
altıxanalı kart verilir. Hər xanada müəyyən bir məna qrupunun adı yazılır; məsələn:
“quş”, “geyim”, “əmək aləti”, “meyvə”, “tərəvəz” və s. Müəllimin masası üstünə
müxtəlif varlıqlar çəkilmiş şəkillər qoyulur. Şagirdlərdən biri masaya yaxınlaşıb bir
şəkil götürür və orada təsvir olunmuş varlığın adını ucadan deyir; məsələn: “kirpi”. Bu
zaman kartında “Vəhşi heyvan” xanası olan cüt deməlidir: “məndə”. Şəklin adını
deyən şagird ona yaxınlaşıb həmin şəkli verir. Cütlük həmin şəkli kartdakı müvafiq
xanaya qoyur və həmin cütlükdən bir nəfər masaya yaxınlaşıb başqa şəkil götürür.
Beləcə, cütlərdən birinin kartındakı xanalar dolana qədər oyun davam edir.
Qeyd.
“Vəhşi heyvan” xanası başqasının da kartında ola bilər. Lakin şəkli hamıdan
tez “məndə” qışqıran cütlük əldə edir.
Loto kartlarını şagirdlər özləri müəllimin köməyi ilə karton və ya qalın kağızdan
düzəldə bilərlər.
23
Çap üçün deyil
SÖZ-LOTO
MƏNA QRUPLARINA DAXİL OLAN SÖZLƏR
(LOTO “DAŞLARI” GÖY RƏNGDƏ VERİLİB)
1. Ev heyvanı –
at, dəvə, qoyun, keçi
2. Vəhşi heyvan –
pələng, ayı, maral, tülkü, meymun
3. Ev quşu –
toyuq, hinduşka, ördək, xoruz
4. Çöl quşu –
qaranquş, qartal, qarğa
5. Ağac –
palıd, çinar, küknar, söyüd
6. Meyvə –
nar, alma, armud, gilas, ərik, üzüm
7. Novruz –
şəkərbura, paxlava, şorqoğalı, səməni, qoz, fındıq
8. Bədən üzvü –
göz, burun, qulaq, əl
9. Rəng –
sarı, qırmızı, göy, yaşıl
10. Məktəb ləvazimatı –
qələm, xətkeş
11. Tərəvəz –
xiyar, pomidor, kələm, kartof, soğan
12. Mebel –
stol, stul, şifoner, divan
13. Qab-qacaq –
qazan, qaşıq, çəngəl,
stəkan
14. Ərzaq –
yağ, pendir, yumurta, ət, düyü, qənd
15. Fəsil –
yaz, yay, payız, qış
16. Həndəsi fiqur –
kvadrat, üçbucaq, dairə
17. Peşə –
kosmonavt, dülgər, bənna, həkim
18. Şəhər –
Bakı, Gəncə, Sumqayıt, Təbriz, Moskva
19. Oyun –
nərd, şahmat, loto, futbol, xokkey, domino
20. Geyim –
şalvar, pencək, ayaqqabı, papaq, əlcək, palto, corab, şərf
21. Silah –
tank, top, avtomat, qılınc, qalxan
22. Məişət texnikası –
televizor, ütü, tozsoran, telefon,
soyuducu
23. Ailə üzvü –
ata, ana, bacı, qardaş, nənə, baba
24. Həşərat –
arı, kəpənək, qarışqa, hörümçək, əqrəb
25. Kompüter –
monitor, klaviatura
26. Çalğı aləti –
saz, tar, kamança, skripka, nağara, qarmon
27. Əmək aləti –
bel, çəkic, mişar, rəndə, kəlbətin
28. Çiçək –
bənövşə, qızılgül, yasəmən,
qərənfil, lalə
29. Nəqliyyat vasitəsi –
avtobus, qatar, təyyarə, gəmi, maşın
30. Dövlət rəmzi –
bayraq, gerb
24
GİRİŞ
Dostları ilə paylaş: