“Azərbaycan dili” dərslik dəsti
Müasir şəxsiyyətyönümlü təlim bir çox tədris materiallarını
və informasiya
mənbələrini nəzərdə tutan mürəkkəb prosesdir. Dünyanın bir çox ölkəsində çoxdan -
dır ki, ənənəvi olaraq “dərslik” adlandırdığımız şagird kitabı tədris materiallarından
yalnız biri kimi istifadə olunur. İnteraktiv təlim üsulları üçün zəmin yaradan müasir
dərslik komplektləri ənənəvi dərsliklərlə müqayisədə tədris prosesinin daha geniş
spektrini əhatə edir və bu prosesə kompleks yanaşmanı təmin edir.
Müasir dərslik
komplektlərinə şagirdlərin daha fəal və yaradıcı yanaşması üçün dərslikdən əlavə,
iş dəftəri, müəllimə pedaqoji yardımı nəzərdə tutan metodik vəsait də daxil edilir.
Təqdim olunan dərslik komplekti 2-ci sinifdə Azərbaycan dilinin tədrisinin 8
mərhələdə keçilməsini nəzərdə tutur. Dərslik, iş dəftəri və müəllim üçün metodik
vəsaitdə bu mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunub: 1. Dəyərlərimiz;
2. Ailə; 3. Sinfimizin uşaqları; 4.
Heyvanlar və quşlar; 5. Yaxşı nədir, pis nədir; 6. Tə -
biətin sirləri; 7. Söz sənətimiz; 8. Nağıllar aləmində.
Hər bölmə 38-48 saat üçün nəzərdə tutulub ki, bu
da həftədə on saat olmaqla
təqribən bir dərs ayına bərabərdir (cəmi 340 saat).
Dərslikdə müvafiq mövzular üzrə mətnlər, dilçiliklə bağlı sadə nəzəri materiallar
və “Oxu”, “Danışma”, “Dil qaydaları” məzmun xətləri ilə bağlı bacarıqların inkişafı
üçün tapşırıqlar verilir. Qeyd etmək lazımdır ki, müasir metodikada nitq bacarıqlarının
inkişafı üçün uğurlu seçilmiş mətnlərin rolu çox böyükdür. Onlar həm də uşaqların
dünyagörüşünün genişlənməsi üçün əvəzsiz rol oynayır və fənlərarası inteqrasiya
üçün geniş imkanlar yaradır.
Dərslikdəki tapşırıqlar aşağıdakı
rubrikalar altında verilir.
Şifahi nitq şagirdlərin düzgün, səlis danışıqlarının formalaşmasına,
müstəqil
fikirlərinin ifadə edilməsinə, nitqin inkişafına xidmət edir.
Şüurlu oxu rubrikası şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişafına xidmət
edir. Buradakı tapşırıqlar vasitəsilə şagirdin oxu materialını nə dərəcədə mənimsədiyi
yoxlanılır.
Dostları ilə paylaş: