– Ağacdələn, dəvəquşu və qarğanı görünüşlərinə görə başqa quşlardan fərqləndirən
cəhətləri sadalayın. Bu quşları başqa quşların arasından necə tanıyaq?
1-ci tapşırıq. Mətndə
işlənmiş siqnal sözü
işarə sözü ilə əvəz oluna bilər.
2-ci tapşırıq. Şagirdlərin fərziyyələri dinlənilir.
3-cü tapşırıq. Ağacdələni “meşə həkimi” də adlandırırlar.
4-cü tapşırıq. Dəvəquşunun qidalanması haqqında mətndə heç bir məlumat yoxdur.
5-ci tapşırıq. Şagirdlər quşlar haqqında öyrəndikləri məlumatları
bir neçə cümlə ilə ifadə
edib dəftərlərinə yazırlar.
Əlavə tapşırıq. Oxuduğunuz mətnlərdə adları çəkilən quş adlarına
əlamət və hərəkət
bildirən sözləri əlavə edib yazın.
Nəticə:
Hər bir canlı kimi, quşların da təbiətə xeyri var. Quşlar təbiətdə tarazlıq yaradır,
ziyanverici həşəratları məhv edirlər.
Dostları ilə paylaş: