Motivasiya. Müəllim: – Hansı ev quşlarını tanıyırsınız? – Onlardan hansı uça bilir? – Sizcə, ev quşları niyə çöl quşları kimi yüksəkdən uça bilmir? Tədqiqat sualı: – Həyatda nəyəsə nail olmaq üçün nə etmək lazımdır? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Ev quşları, onların həyat tərzi.
II qrup. Çöl quşları, onların həyat tərzi. III qrup. “Qaz” sözünü cümlələrdə müxtəlif mənalarda işlədin. Qaz (quş) haqqında bildiyi - nizi yazın. IV qrup. Zəhmət haqda atalar sözlərini yazın və mənasını izah edin. V qrup. Krossvord. Çöl quşlarının (qaz, kəklik, şahin, sərçə, qartal) xüsusiyyətləri sadalanır.
Şagirdlər xüsusiyyətlərdən çıxış etməklə quşların adlarını krossvordun müvafiq
xanalarında yazırlar.