1-ci tapşırıq yerinə yetirilir. “B” variantındakı fikir mətnin məzmununa daha çox uyğun gəlir.
Əlavə tapşırıq:
–
1-ci mətnin sonuncu cümləsində əlamət bildirən sözləri seç, onlara yaxınmənalı,
əksmənalı sözlər tapıb dəftərə yaz.
Güclü – qüvvətli – zəif
Ağıllı – bilikli – axmaq
Çevik – cəld – ləng
2-ci mətni oxumazdan
əvvəl müəllim şagirdlərə “Qaraca qız” filmindən fraqmentlər
nümayiş etdirir. Bunu müəllim özü də şərh edə bilər.
Tutu ilə Ağcanın
münasibəti,
əsl dostun, yoldaşın necə olması haqqında fikirlər söylənilir.
Sual: – Əsl dost necə olmalıdır?
Dərsliklə iş. Qazlar haqqında 2-ci mətn (dərslik, səh. 95) oxunur, təhlil edilir.
Dərsliyin
96-cı səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirilir.
2-ci tapşırıq. Cavab 3-cü cümlədir.
3-cü tapşırıq. Cavab “C” variantıdır.
Tapşırıq 4. Şagirdlər mətnləri adlandırdıqdan sonra (1-ci mətn “Ev quşları niyə uça bilmir”,
2-ci mətn “Köməyə gələn qaz”) mətnlərdə öyrəndikləri yeni məlumatları seçirlər.
Dərsliyin 96-cı səhifəsində əsərin ideyası ilə bağlı nəzəri məlumat oxunur və izah edilir.
Müəllim keçilən mövzularla bağlı əsərlərin ideyasını soruşur.
5-ci tapşırıq cavablandırılır (“B” variantı).
Dostları ilə paylaş: