Tədqiqatın aparılması. Dərsliklə iş. Mətn ifadəli oxunur. Suallar verilir:
– Əsərin belə sonluqla bitməsində hansı heyvanı günahkar sayırsınız? Nə üçün? – Dost seçəndə nəyə diqqət yetirmək lazımdır? – “Sən dostunu necə seçmisən?” – sualına cavab verməklə şagirdlər mülahizələrini
bildirirlər.
Mətnin məzmununa plan tutulur:
1. Siçanın qurbağadan xahişi
2. Qurbağanın razılaşması
3. İki gündən sonra
4. Siçanı ovlayan qaraquş
5. Sərçənin təəccübü
6. Qurbağanın cavabı
Mətnin məzmunu plan üzrə nəql olunur.
1-ci tapşırıq. Mətnin məzmununa “B” variantındakı atalar sözü uyğun gəlir.
İdeya baxımından bir-birinə uyğun olan digər bir mətn “Sincab və balıq” (iş dəftəri, səh. 67)
oxunur və təhlil olunur. Şagirdlər bu mətnlərin oxşar və fərqli cəhətlərini qeyd edirlər.