Motivasiya. Müəllim: – Canlılar hansı mühitdə yaşayır? (Quruda, suda, səmada, səhrada,
meşədə, çöldə və s.).
– Hansı canlılar həm quruda, həm də suda yaşaya bilir? Dərsliklə iş. Qurbağa haqqında məlumat dərslikdən oxunub təhlil edilir. Dərsliyin 98-ci
səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Birinci cümlə sonuncu abzasa, ikinci cümlə birinci abzasa, üçüncü cümlə
ikin ci abzasa, dördüncü cümlə isə üçüncü abzasa uyğundur.
Əlavə tapşırıq. – Qurbağa haqqında öyrəndiklərinizə əsasən krossvordu həll edin. Məzmun standartları Təlim məqsədləri 1.1.1. Sual verməklə dinlədiyi fikrin ma hiy -
yətini aydınlaşdırır.
Dinlədiyi elmi-kütləvi mətndəki əsas
məlumatlara aydınlıq gətirmək üçün suallar
verir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Əsas fikri ifadə edərək mətni şüurlu oxudu -
ğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“J” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir və
onların hansı zamana aid olduğunu bilir.
Дярслярин планлашдырылмасы
Çap üçün deyil