Dərs 47. QUYRUQ NƏYƏ GƏRƏKDİR (2 saat)
Motivasiya.
Müəllim uşaqlardan canlıların bədən üzvlərinin (göz, burun, dodaq, qulaq,
pəncə, əl, qanad, üzgəc, ayaq) funksiyalarını soruşur. Şəkillər nümayiş olunur.
Hər orqanın bir funksiyanı yerinə yetirdiyi açıqlanır.
Sual: – Bəs, sizcə, quyruq nəyəsə lazım ola bilərmi?
Fərziyyələr söylənilir.
Dərsliklə iş. Mətn oxunur,
təhlil olunur, suallar cavablandırılır. 1-2-ci tapşırıqlar yerinə ye-
tirilir.
Müəllim: – Sizcə, tülküyə (izini silmək üçün),
kenquruya (müvazinətini saxlayır)
quyruq
nə üçün lazım ola bilər?
Nəticə:
Hər bir bədən üzvünün öz funksiyası var.
İş dəftərinin 72-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dostları ilə paylaş: