Motivasiya. Müəllim: – Krossvordu həll etsəniz, sarı zolaqda dərsin adı alınacaq. 1. İçində ləpə olan quru meyvə. 2. Süd verən ev heyvanı, qaramal. 3. Dənizin dalğası, qozun içi. – Biz fil haqqında nə bilirik? Tədqiqat sualı: – Filin hansı özünəməxsus xüsusiyyətləri var? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sizcə, filin xortumu nədir: burun, yoxsa buynuz? II qrup. Fil necə qidalanır? III qrup. “Dəvədən böyük fil var” atalar sözünü necə başa düşürsünüz? IV qrup. Filin faydası nədir? Onu nə üçün saxlayırlar? Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur. Dərsliklə iş. 1-2-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. “A” variantı: “Görür” – “Yerinə yetirir”.
2-ci tapşırıq. “Qədimdə fillərdən hətta müharibə zamanı döyüşlərdə istifadə olunub”
cümləsi mətnə çəkilmiş şəkillə əlaqəlidir.
Əlavə tapşırıq.
Mətnin 4-cü abzasındakı hərəkət bildirən sözləri seç, onları cümlələrdə keçmiş zamanda işlət.