Dərs 51. DOVŞANIN ADI (2 saat)
Motivasiya.
Müəllim: – Adınızın mənasını bilirsinizmi?
Hər kəs adının
kim tərəfindən, kimin şərəfinə qoyulduğunu söyləyir.
– Adınızı tam deyəndə xoşunuz gəlir, yoxsa qısaldılanda?
– İstərdinizmi adınız başqa olsun?
– Hansınızın ləqəbi var?
– Ləqəb hansı xüsusiyyətə görə verilir?
Dərslikdən mətn rollarla oxunur. Oxu zamanı müvafiq jest
və mimikalardan istifadə
olunmasına diqqət yetirilir. Oxudan sonra mətn səhnələşdirilir (1-ci tapşırıq).
– Mətndə hansı heyvanların adı çəkilir?
– Onlar hansı suala cavab verirlər?
– Hansı heyvan adlarını tələffüz etdikdə yazılışı və deyilişi arasında fərq yaranır? (dovşan,
çaqqal)
2-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
4-cü tapşırıq. Yekəqulaq və qorxaq.
5-ci tapşırıq yerinə yetirilir. Lüğətin köməyi ilə “kök” sözünün mənası araşdırılır. İkinci tap-
macada bu söz “yaxşı” mənasında işlədilib.
6-cı tapşırıq. Mətnin sonuna “C” variantı uyğun gəlir.
Qruplarla iş. Hər qrupa bir tapmaca verilir (3-cü tapşırıq). Tapmacada dovşan haqqında
əks olunan yeni məlumatın altından
xətt çəkilir, bu məlumat təqdim olunur.
I qrup
Gözləri açıq yatar,
Güllətək qaçmağı var.
Qulaqları yekədir,
Hər şeydən qorxmağı var.
Dostları ilə paylaş: