“Kim daha çox” oyunu Şagirdlər bu oyunda papağın mümkün qədər çox xüsusiyyətini qeyd etməlidirlər. Bu
tapşırığı həm şifahi, həm də yazılı yerinə yetirmək olar. Daha çox xüsusiyyət qeyd edən qalib
gəlir. (Xüsusiyyətlər müxtəlif ola bilər: baş örtüyü, yağışdan qorunmaq vasitəsi, içərisinə
nəsə qoyula bilər, yuva kimi istifadə edilə bilər, top kimi atmaq, haranı isə silmək üçün və s.)
Dərsliyin 104-cü səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq yerinə yetirilir: 1 – Ç, 2 – A, 3 – B, 4 – C.
Tapşırıq 5. Cavab “A” variantıdır (əcaib).
İş dəftərinin 74-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.