Məzmun standartları Təlim məqsədləri 1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi məlumatlara əsaslanaraq fikrini
izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, ifadəli oxuyur. Suallara cavab
verməklə şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Mətnin hekayə janrına aid olduğunu müəy -
yənləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Öyrəndikləri və müşahidə etdikləri əsasında
esse yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir və onları
zamana görə ayırır.