Yazı. Ən çox sevdiyim heyvan. (inşa)
Plan: 1. Ən çox sevdiyim heyvan hansıdır?
2. Onun hansı xüsusiyyətləri var?
3. Mən onun hansı xüsusiyyətlərini sevirəm?
Nəticə:
BİBÖ cədvəlində öyrəndiklərimiz qeyd olunur. Bir daha sadalanır.
Tətbiqetmə.
İş dəftərinin 73-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
–
Dərsliyin 100-cü səhifəsindəki 3-cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 49. XİLASKAR İT (2 saat)
Motivasiya.
Müəllim: – İtlərə hansı məqsədlərlə təlim keçirlər? (evi qorumaq, çobana
kömək etmək, sərhədçilərə və polisə iz tapmaqda kömək etmək və s.)
Sual: – İtlərin insanlara daha hansı köməyi dəyə bilər?
Dərsliklə iş. Mətn
hissə-hissə oxunur, təhlil olunur. Mətnin janrı (hekayə) müəyyən olunur.
101-ci səhifədəki tapşırıq yerinə yetirilir.
Aşağıdakı tapşırıqlar ətrafında
diskussiya aparılır:
1. İtin hansı xüsusiyyətlərinə görə yanğınsöndürənlər ondan istifadə edirlər?
A) iy bilməsinə görə
B) soyuğa, istiyə qarşı çox davamlı olduğuna görə
C) daha cəld, dözümlü və ağıllı olduğuna görə
2. Mətndəki it nəyə görə özünü təhlükəyə atıb gəlinciyi yanan evdən çıxardı?
A) gəlinciyi canlı bildiyinə görə
B) xilas etdiyi balaca qızı sevindirmək üçün
Dostları ilə paylaş: