ARI VƏ CIRCIRAMA (37 söz)
Bal arısı astadan dızıldayıb uçurdu. Cırcırama cırıldayıb dedi ki, qorxma, sən də
mənim kimi bərkdən oxu! Amma arı cırcırama kimi avara deyildi. Anası, qohumları
pətəkdə onun işdən qayıtmağını gözləyirdilər. Onun peşəsi dızıldamaq yox,
güllərdən şirə çəkmək idi.
Məzmun standartları Təlim məqsədləri 1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Yalnız
jest və mimika vasitəsilə fikirlərini
ifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
başa düşür, onları yaxınmənalı sözlərlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir. Mətndə rast
gəldiyi yeni məlumatları qeyd edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“K” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.