İş dəftərinin 80-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dinləmə mətni: İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZ Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ Azərbaycanı n dilbər guşəsi, dünyanın ən gözəl yerlərindən biridir. Hər bitkisi min dərdə dərman, hər bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını heyran edir. Dünyanın heç bir yerində olmayan bitkilər burada yetişir. Xarıbülbül kimi nadir çiçək yalnız Qarabağ torpağında boy ataraq bu torpağın nə qədər möcüzəli və qeyri-adi olduğunu sübut edir. Xalqımızın bir çox məşhur sənətkarlarını, müğənnilərini, bəstəkarlarını və xanəndələrini bu torpaq yetişdirmişdir. Onlar xalqımızın musiqisini, mədəniyyətini bütün dünyaya tanıtmışlar. Belə sənətkarların yetişməsinin səbəbi Qarabağın möcüzəli havası, suyu və torpağıdır. İndi bu möcüzəli və bərəkətli torpaq mənfur ermənilərin tapdağı altındadır. 1992-1993-cü illərdə erməni cəlladları torpaq la - rımızın iyirmi faizini işğal etdilər. Azərbaycanın Dağlıq Qarabağda və onun ətrafında yerləşən torpaqları – Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Zəngilan düşmən tapdağı altındadır. Bu torpaqlar bizim yolumuzu, düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyir. Biz inanırıq ki, həmin gün uzaqda deyil. Mətni dinlədikdən sonra hər qrup digər qrupa mətndəki fikrin mahiyyətini aydınlaşdırmaq
məqsədilə suallarla müraciət edir:
– Qarabağ haqqında nə deyə bilərsiniz? – Nə üçün Qarabağ qeyri-adi torpaq hesab olunur? – Qarabağdan məşhur sənətkarlar çıxmasının səbəbi nə idi? – Hansı torpaqlarımız düşmən tapdağı altındadır? Yazı. Sual: – “Təzə il” şeiri kimin dilindən yazılıb? (uşağın)
Tapşırıq: – Onun arzularını ümumiləşdirib açıqca şəklində yazın. 5-ci tapşırıq yerinə yetirilir: ağappaq, bəyaz, ağ (qar); qara (bulud); boz (külək); təzə (il)