Müəllim şagirdlərə müraciət edir: – Sinif yoldaşlarınız arasında daha çox mərhəmətli olan kimdir? – Nə üçün onu mərhəmətli sayırsınız? Şagirdlər nümunələr göstərirlər.
Yazı. Küçüyün rəhmli olduğunu bildirən hissələr mətndən seçilir və dəftərə köçürülür.
İş dəftərinin 81-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI 6-cı tapşırıq yerinə yetirilir. A və B cümlələrində dolu sözü mətndəki mənası ilə eynidir,
nə? sualına cavab verir, ad bildirir. 3-cü cümlədə isə necə? sualına cavab verir, əlamət bildirir.
Motivasiya. 7-ci tapşırıq yerinə yetirilir. Ev və eşik sözlərindən ev-eşiyinə, ağıl və batan sözlərindən isə ağlabatan sözləri yaranmışdır.
Müəllim ayaq, qab və ayaqqabı şəkilləri nümayiş etdirir (başqa şəkillər də göstərilə bilər:
dəvə, quş, dəvəquşu; it, burun, itburnu) və soruşur:
– Bu şəkillərin bir-biri ilə nə əlaqəsi var? Köməkçi sual:
ayaq + qab = ? dəvə + quş = ? it + burun = ? Tədqiqat sualı: – Mürəkkəb sözlər necə yaranır?