Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 114-cü səhifəsindəki nəzəri hissə oxunur, izah olunur, 8-11-ci
tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 9. Qara sözündən qaragöz, qarabəniz, mal-qara mürəkkəb sözləri yaranır.
Nəticə: Mürəkkəb söz iki sözün birləşməsindən yaranır.
Tətbiqetmə. İş dəftərinin 81-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Yazı. Hüsnxət. “Q” hərfi. İş dəftəri, səh. 82.
Ev tapşırığı: – Dərsliyin 113-cü səhifəsindəki 4-cü tapşırığı yerinə yetirin. (Müəllim şagirdlərə dolunun kənd təsərrüfatına da böyük ziyan vurduğunu xatırladır.)
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 57. KİM İSLANDI YAĞIŞDA (4 saat)
Motivasiya. Müəllim: – Elə təsəvvür edin ki, bu gün sizə çoxlu qonaq gələcək. Ananız da çox narahatdır ki, görəcəyi işləri çatdırmaz. Bu halda siz nə edirsiniz? A) Anamın verəcəyi tapşırığı gözləyirəm. B) Anamla birlikdə eyni işi yerinə yetirirəm. I sütun II sütun boş ağac gül kəklik söz çiçək qab otu söhbət dələn