Məmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur.
O, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azər baycan milli
istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi
XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Məmməd Əmin Rəsulzadə Türkiyədə vəfat etmiş və orada dəfn olunmuşdur. O, son
nəfəsində üç dəfə “Azərbaycan” deyərək gözlərini əbədi yummuşdur. Bu da onun
Azərbaycana, vətənə nə qədər bağlı bir insan olduğunun bariz nümu nəsidir.
Əhməd Cavad 1892-ci ildə Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. O, müəllim və
görkəmli şairidir. Onun bir çox şeirləri vardır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt
görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz
qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Əhməd Cavad Azərbaycan Dövlət
Himninin sözlərinin müəllifidir.
Yazı. 20 Yanvarda və ya bu tarixə yaxın günlərin birində Şəhidlər xiyabanına ziyarət təşkil
olunur. Şagirdlər öz təəs sürat larını “Şəhidlər unudulmur” başlıqlı inşa yazmaqla təqdim
edirlər. Müəllim inşa üçün aşağıdakı planı təqdim edə bilər:
– Şəhidlərin xatirəsini necə yad edirik?
– Nə üçün onların ruhu qarşısında and içirik?
– Şəhidlərin adını uca tutmaq üçün nə edəcəyəm?
Nəticə: Xalqımızın igid övladları 1990-cı il yanvarın 20-də Azərbaycanın toxunulmazlığı
uğrunda canlarından keçdilər. Buna görə də onları şəhid adlandırırıq. Vətənimizin azadlığı,
müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların xatirəsi heç zaman unudulmayacaq.
Həmişə
xalqımızın yaddaşında yaşayacaq.
Dostları ilə paylaş: