Məlumat mübadiləsi və müzakirənin təşkili. Şagirdlər plan üzrə mətnin məzmununu nəql edirlər. Suallar:
– Mətndən əksmənalı sözləri tapın (varlı – yoxsul, altında – üstündə). – “Zarafat dostluğun qayçısıdır” atalar sözünü necə başa düşürsünüz? – Ədibin dostunun zarafatını dəyişməsini necə qiymətləndirirsiniz? – “Yataq xəstəsi olmaq” nə deməkdir? 1-ci tapşırıq yerinə yetirilir. Mətndəki əsas fikir müəyyən olunur.
2-ci tapşırığa əsasən, mətnin planındakı çatışmayan cümlələr müəyyən olunur:
3. Ədib dostuna dedi ki, yoxsulun başmaqlarının hər birinə bir manat qoysun. 5. Bu səhnənin təsirindən cavan oğlanın gözləri yaşardı. Müzakirə. 4-cü tapşırıq yerinə yetirilir. “Kimlərlə zarafat etmək olar?”, “Zarafatı hər yerdə
etmək olarmı?” suallarını verməklə müzakirənin mövzu dairəsi genişləndirilir.
Rollu oyun keçirilir. Şagirdlərə aparıcı, varlı gənc, məşhur ədib, kasıb kəndli təsvir olu-
nan və ya adları yazılan kartlar paylanılır. Bu oyun butun siniflə aparılır. Şagirdlər rollarına
uyğun hərə öz yerini alır. Şagirdlərə ifa zamanı müvafiq jest və mimikadan istifadə etmək
tapşırılır.
Bundan sonra şagirdlər rollarını ifa etməyə başlayırlar. Qalan şagirdlərə isə tapşırılır ki,
müşahidə aparsınlar. Səhnəcik bitdikdən sonra onların fikirləri dinlənilir, aktyorların oyunu
tamaşaçılar tərəfindən şərh olunur və qiymətləndirilir.