Sual: – Cırtdanın xarakteri haqqında nə demək olar? Divə rast gələnə qədər Cırtdanın davranışı, onun xarakteri haqqında fikir yürüdülür.
Dərsliklə iş. Mətnin son hissəsi oxunur (dərslik, səh.198).
Dərsliyin 198-199-cu səhifələrindəki mətnə aid tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. Cavab:
... , Cırtdandan muğayat olsunlar. ... , çünki fikirləşdi ki, gecə onları yeyib qarnını doyurar. ... , çünki bilirdi ki, div onları yemək istəyir. ... , ona görə ki ağılsız idi. Dərsliyin 199-cu səhifəsindəki nağıllarla bağlı verilən nəzəri hissə oxunub təhlil olunur.
Şagirdlərdən indiyədək hansı nağılları oxuduqları, eşitdikləri soruşulur. Nağılların hansı
sözlərlə başladığı, hansı sözlərlə qurtardığı deyilir.
5-ci tapşırıq. Cavab:
... biri mənim, biri nağıl deyənin, biri də nağıla qulaq asanın. ... dərə, təpə, düz getdi. ... üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Dil qaydaları Müəllim: – Cırtdanı xarakterizə edən sözlər yazın. Bu sözlərin ad, əlamət, yoxsa hərəkət bildirdiyini müəyyən edin. Həmin sözlərdən müsbət keyfiyyət bildirənlərin altından xətt çəkin. – Oxuduğunuz nağıllarda daha hansı ağıllı qəhrəmanlarla rastlaşmısınız? Onların adlarını yazın. Bu sözləri nə üçün böyük hərflə yazmaq lazımdır? 6-cı tapşırıq: yekəpər div, ağılsız div, acgöz div və s.