Qruplarla iş. l qrup. “Yalançı çoban” nağılının məzmununu ifadə edən atalar sözü hansıdır? Seçi- minizi izah edin. 1. Yalan ayaq tutar, yeriməz. 2. Yalançını evinə qədər qovarlar. 3. Yalançının evi yandı, heç kəs ona inanmadı. ll qrup. Əgər çoban kəndlilərlə belə zarafat etməsəydi, yalan danışmasaydı, nağılın sonu necə olardı? lll qrup. Yalan danışmaq nələrə səbəb ola bilər? lV qrup. Siz evdə ehtiyatsızlıq edib qabı sındırsaydınız, nə edərdiniz? Nəzərə alın ki, otaqda sizdən və hələ danışmayan 1 yaşlı qardaşınızdan başqa heç kəs olmayıb. A) Ananıza qabı qardaşınızın sındırdığını deyirsiniz. O bunu inkar edə bilmir. Bala ca olduğu üçün ana onu tənbeh etmir. Beləliklə, siz də cəzadan canınızı qurtarırsınız, qardaşınıza da heç nə olmur. B) Günahınızı boynunuza alırsınız. Ana diqqətsizliyinizə görə sizi danlayır, cəzalandırır. Seçiminizi əsaslandırın. 6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Müəllim: – Mətndən nida cümlələrini seçib oxuyun. Oxuyarkən intonasiyaya fikir verin. İş dəftərinin 143-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Yalan danışan adama heç kəs inanmaz. Şirin yalandan acı həqiqət yaxşıdır. Hər
işdə, hər sözdə, hər yerdə düz olmaq lazımdır.