Yazı 1. Mətndən çobanın 2-ci dəfə insanları aldatdığı hissə dəftərə köçürülür.
2. Hüsnxət. “Z” hərfi. İş dəftəri, səh. 144.
Ev tapşırığı: – 1. Elə bir mətn fikirləşib danışın ki, sonda yalanın üstü açılsın. 2. Mətndən cəm halında işlənən sözləri seçib yazın, tələffüzü və yazılışı fərqli olanların altından xətt çəkin. Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
219
Çap üçün deyil
Dərs 112. BABANIN NAĞILI (6 saat)
Motivasiya. Müəllim uşaqlara məlum nağıllardan bir-iki cümlə, yaxud illüstrasiyalar
nümayiş etdirir. Bu hissələrin hansı nağıllara aid olduğu soruşulur.