Tətbiqetmə. İş dəftərinin 8-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI Motivasiya. Lövhədə hərflər yazılır: b, d, y, k, n, m, ş, t, p, h.
Şagirdlərə tapşırıq verilir:
– Yalnız bu hərflərdən istifadə etməklə sözlər düzəldin. Köməkçi sual: – Nə üçün bu qədər hərfdən bir söz belə düzəltmək mümkün olmadı? (Çünki hecaları düzəltmək üçün sait səslər lazımdır.)
Dərsliyin 18-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Verilmiş cümlədəki sözlər he ca -
la ra ay rıl maqla tələffüz olunur və hecalardakı sait və samitlərin sayı müəyyən edilir. Tap şı -
rıqdakı suallar cavablandırılır.
Tədqiqat sualı: – Sözlərdə hecaların sayını necə müəyyənləşdirmək olar?