Tapşırıq 2. Bitki adlarından götürülən rəng adları seçilir:
şabalıdı, palıdı, narıncı,
bənövşəyi. Yaxşı olar ki, hər rəngə uyğun ad bildirən sözlər tapılıb dəftərə yazılsın:
Şabalıdı göz, palıdı mebel, narıncı köynək, bənövşəyi çiçəklər.
Əlavə sual: Rəng adları əşyanın nəyini bildirir? (əlamətini)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsin ideyası açıqlanır: Torpaq
bərəkətdir. Ətrafımızda olan bütün canlılar torpaqla sıx əlaqəlidir. Canlıların qidası ondan
asılıdır. Torpaq olmasa, çörək də olmaz.
Müəllim
şagirdlərə un, buğda, sünbül və çörək (yaxud onların şəkillərini) göstərir.
– Bunlar hansı ardıcıllıqla düzülməlidir?
– Taxıl bitkiləri hansılardır?
– Taxıl bitkiləri bitən torpaq sahəsi necə adlanır?
– Nə üçün çörəyi müqəddəs sayırıq?
Çörəyin süfrəyə gələnə qədər hansı mərhələlərdən (sünbül–buğda–un–çörək)
keçdiyi
aydınlaşdırılır. Çörəyə necə qənaət edilməsi qaydaları açıqlanır.
Dostları ilə paylaş: