20 – 12 = a
10 + 7 = c
30 + 30 = n
16 – 6 = y
90 – 40 = z
19 + 1 = ə
9 + 9 = b
3 + 3 + 3 = r
Şagirdlər hesab əməllərini yerinə yetirərək rəqəmlərlə verilmiş sözü oxuyurlar.
(Azərbaycan)
Tədqiqat sualı:
–
“Vətən” dedikdə nə başa düşürsünüz?
Tədqiqatın aparılması.
Qruplarla iş.
I qrup. Şagirdlərin vətən qarşısında borcu nədir?
II qrup. “Azərbaycan” sözündəki hərflərdən istifadə edərək mümkün qədər çox söz yazın
və vətənə aid cümlə qurun.
III qrup. Azərbaycanın hansı göllərini, çaylarını, dağlarını, səfalı yerlərini tanıyırsınız?
IV qrup. “Atalar sözü” kitabında vətən haqqında 5 atalar sözü seçib yazın və mənasını
izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları
dinlənilir və
müzakirə olunur.
Dərsliklə iş. “Vətən” şeiri oxunur və təhlil olunur. Şagirdlərə suallarla
müraciət olunur:
– Şeirdə vətənimizə heyranlıqdan danışılır. Bu heyranlıq nədən yaranır?
Dərsliyin 19-20-ci səhifələrindəki 1-6-cı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1.
Vətən – qürbət, doğma – yad, dərin – dayaz, göyçək – çirkin.
Tapşırıq 2.
“Düz” sözü işlənmə məqamından asılı
olaraq həm ad, həm əlamət,
həm də
hərəkət bildirir. (Sualın cavabı tapıldıqdan sonra şagirdlər “düz” sözünü müxtəlif cümlələrdə
ad, əlamət, hərəkət bildirən söz kimi işlədirlər.)
Tapşırıq 3.
2. Vətənimin dupduru gölləri, yamyaşıl çölləri, uca dağları var.
3. Vətənimin düzləri geniş, dərələri dərin, yaylaqları sərindir.
4. Vətənimin kəndləri güllü-çiçəkli, şəhərləri gözəl, dənizləri coşqundur.
4-5-ci tapşırıqlar şagirdlərdən həm də özünüifadə (danışma) bacarığı tələb edir.
Tapşırıq 6. Adətən, şəhər haqqında “göyçəkdir” sözü işlənmir.
Lakin qafiyəyə uyğun
olduğuna görə burada məhz bu söz işlənmişdir.
Dostları ilə paylaş: