Tətbiqetmə.
İş dəftərinin 8-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı.
İfadə mətni. Şagirdlərə aşağıdakı şeiri əzbərləyib məzmununu yazmaq tapşırılır.
Hüsnxət. “A” hərfi. İş dəftəri, səh. 9.
Ev tapşırığı:
– Azərbaycanın dövlət tarixi qoruqlarından biri haqqında məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 5. VƏTƏN (4 saat)
Motivasiya.
Maqnitofonda Rəşid Behbudovun ifasında “Azərbaycanım” mahnısı (mus.
Rauf Hacıyev) səsləndirilə bilər. Lövhədən Azərbaycanın xəritəsi və bilməcə-plakat asılır.
SAĞSAĞAN
Sağsağan qonur dama,
Öyrəşibdir adama.
İstədim
bir daş atam,
Qışqırdı mənə atam:
– Dəyməzlər sağsağana,
Müjdəylə yaşayır o.
Həmişə qanadında
Şad xəbər daşıyır o.
Əziz Kərimov
Dostları ilə paylaş: